Azərbaycanda enerji sənayesi üzrə təşkil etdilən dünya səviyyəli proyektlər
Aytən Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 276 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. 1994 – cü ildə Bakıda neft hasilatı üzrə 12 iri neft şirkəti arasında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən üç neft yatağının – “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının – birgə işləməsini nəzərdə tutan irimiqyaslı beynəlxalq müqavilə imzalanıb.
“Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu Beynəlxalq Neft layihəsinin Azərbaycan Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. Bu saziş Ulu öndər Heydər Əliyevin əməyinin bəhrəsi idi. Heydər Əliyev siyasəti yaşayır və yaşayacaqdır.
Bu günün uğurlarına görə Ulu öndərin davamçısı olan, ağıllı siyasəti ilə xalqının sevgisini, etimadını qazanan cənab Prezident İlham Əliyevə borcluyuq. Prezident İlham Əliyev Azərbaycanda enerji təhlükəsizliyi yaratmış,uzaqgörən siyasəti nəticəsində Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları çoxalmış və gələcək potensialı genişlənmişdir.
Bu gün keçirilən tədbirin Qlobal əhəmiyyətə malik olması, ABŞ və Böyük Britaniya hökumətlərinin bizi və bütün təşəbbüslərimizi dəstəkləmələri, 30 il əməkdaşlıqları və bu əməkdaşlığın şaxalənməsi Azərbaycan, onun gələcəyi üçün bir uğurdur. Azərbaycanın təbii sərvətləri olan neft, qaz, enerji sənayesini düzgün istifadə etmək, düzgün idarə etmək, ölkəsinə daim uğurlar qazandırmaq sadəcə Prezident İlham Əliyevə məxsus olan xüsusiyyətdir. Düzgün idarəçilik sayəsində Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı var.
Düzgün idarəçilik sayəsində Bakı Enerji Həftəsi – enerji sahəsində aparıcı beynəlxalq tədbir keçirilir. Azərbaycan enerji sənayesi gələcəyə gedən yolu işıqlandıran bir çıraqdır. Buna görədə bu gün enerji sahəsində fəaliyyətlər inkişaf etdirilir, enerji sahəsində təhlükəsizliklər icra olunur, enerji sahəsində yeni proyektlər ərsəyə gətirilir.
BP şirkəti Azərbaycanın Qlobal partnyoru olaraq strategiya baxımından dərin qaz hasilatı üzrə layihələr həyata keçirir. Biz fəxr edə bilərik ki, bu gün Avropa İttifaqı liderləri Azərbaycanı etibarlı tərəfdaş və Pan Avropa Qaz təchizatçısı adlandırır. Bu gün neft,qaz sənayesi üzrə alternativ enerji üsullarından istifadə olunması,enerjinin günəş şüaları və külək vasitəsilə əldə olunması və istifadəsi üzrə proyektlər nəzərdə tutulmuşdur. Bu baxımdan BP şirkətinin Azərbaycanla imzaladığı memoranduma əsasən Qarabağda “ Green Energy” yani Yaşıl enerji adlı layihə inkişaf etdiriləcəkdir.
Biz də Azərbaycan vətəndaşı olaraq bu düşünülmüş və ağıllı siyasətinə görə Prezident İlham Əliyev cənablarına təşəkkür edib,uğurlar arzulaya bilərik.