Azərbaycanda amnistiya aktları humanizm və sosial ədalət prinsiplərinə əsaslanır
Aysun Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
Azərbaycan Dillər Üniversitetinin II kurs tələbəsi
Ötən dövrdə Prezident cənab İlham Əliyevin imzaladığı əfv sərəncamları, eləcə də amnistiya aktları Azərbaycan dövlətinin humanist siyasətinin mühüm tərkib hissəsi hesab olunur. Cənab İlham Əliyevin amnistiya və əfv siyasəti Azərbaycan dövlətinin humanist dəyərlərə, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlyini bir daha nümayiş etdirir. Eyni zamanda da Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə etmişdir. Milyonlara insana sevinc bəxş etmişdir.
Bu il Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya təşəbbüsü ümumilikdə 20 mindən çox şəxsə aid ediləcək. Layihədə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həmin döyüşlər zamanı həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumlarının, eləcə də Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş şəxslərin nəzərə alınması xüsusi siyasi və mənəvi məna daşıyır.
Eyni zamanda qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların, eləcə də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin amnistiya əhatəsinə daxil edilməsi sosial dövlət konsepsiyasının real və praktik tətbiqi kimi çıxış edir.
Azərbaycanda amnistiya aktları humanizm və sosial ədalət prinsiplərinə əsaslanır. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu siyasət Azərbaycanın bir daha necə güclü bir dövlət olduğunu sübut etmişdir. Çünki güclü dövlət bağışlamağı bacaran dövlətdir. Əfv sərəncamları, qanunvericiliyin humanizm prinsipləri əsasında təkmilləşdirilməsi və vətəndaşlara göstərilən diqqət, qayğı bu gücün simvoludur.
Yola saldığımız 2025-ci il ölkəmiz üçün tarixi əhəmiyyətə malikdir. Geniş miqyaslı amnistiya aktı hüquqi-siyasi əhəmiyyətli hadisələrdən biridir. Azərbaycan tarixində çox əlamətdar bir hadisə baş verib. Cənab Prezident tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu da Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə bağlıdır. Amnistiya isə konstitusion institutlardan biridir.