Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır

Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır

Vüsalə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

“Suraxanı OYL OK.S.A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməkdaşı

Hər bir xalqın tarixində baş vermiş kütləvi qırğınlar onun milli iradəsinin güclənməsinə səbəb olur. Soyqırım Günüləri faciə olmaqla bərabər, həm də xalqımızın mənəvi birlik tarixləridir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Bu soyqırımın nəticəsində 12 mindən çox azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi şəkildə qətlə yetirmiş,milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəniyyət abidələrini dağıtmışlar.Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, qadınlara dəhşətli işgəncələr verərək qulaqlarını, burunlarını kəsmiş,orqanlarını parça-parça etmişdilər. Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilir. Erməni vandaliziminin bariz nümunəsi olaraq xüsusi amansızlıqla öldürülən azyaşlıları və silahsız qadınları göstərmək olar. Onların ağılasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir.

Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Bütün bunlar bizim yaddaşımıza qanlı hərflərlə yazılmışdır. Bu gün qan yaddaşımız bərpa olunur. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.

1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdu. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020- ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi.

200 ildən çoxdur ermənilərin “böyük ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.