Azərbaycan xalqı bu Qələbəni öz qanı bahasına əldə etmişdir

Azərbaycan xalqı bu Qələbəni öz qanı bahasına əldə etmişdir
Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin, Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
2023-cü ilin oktyabr ayının 15-də Xankəndi və digər ərazilərilərimizdə üç rəngli dövlət bayrağımızın ucaldılması, Xankəndi şəhərindən Müzəffər Ali Baş Komandanınımızn xalqımıza müraciəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Dəmir yumruğ"unun qəti qələbəsinin göstəricisi oldu. Zəfər indi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır.
Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi.
Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi.
Xankəndinə sancılan bayrağımızı görərkən biz nə qədər sevincliyiksə, xoşbəxtiksə, Heydər Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır: “Ulu Öndər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu. Və indi rahatdır ki, işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki, şəhidlərimizin qanı yerdə qalmadı”.
​Zamanımızın dühası Ulu Öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi.
Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürməsi ilə torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.
Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.