Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
1917 – ci ilin fevral inqilabı Rusiyada mütləq monarxiyaya, Romanovlar sülaləsinin hakimiyyətinə son qoydu. Çar II Nikolay taxtdan salındı. Şimali Azərbaycanda əsas yer tutan milli muxtariyyət tələbləri hadisələrin sonrakı gedişində tədricən əhəmiyyətini itirməyə başladı. 1917 – ci il hadisələri Şimali Azərbaycanda cərəyan edən hadisələrin təsiri altında müstəqil Azərbaycanın yaradılması ideyası xalqın əksər hissəsi tərəfindən coşqu ilə qarşılandı. Seymdə təmsil olunan xalqların ayrılaraq müstəqil dövlət yaratması zərurətə çevrildi. Seymin Azərbaycan fraksiyası mayın 27 – də keçirilən iclasında özünü Azərbaycan Milli Şurası elan etdi.
Milli Şura 1918 – ci il mayın 28 – də “İstiqlaliyyət Bəyannaməsi” adlı sənədi qəbul etdi. 1918 – ci il mayın 28 – də Tiflisdə Cumhuriyyətin ilk höküməti təşkil olundu. Hökümətin başında Fətəli xan Xoyski dururdu. Azərbaycan Xalq Cumhuriyyəti: bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk respublika oldu. Beləliklə, Azərbaycan xalqı müstəmləkə əsarətindən qurtularaq müstəqilliyə qovuşdu. 1918-ci il iyunun 4 – də Osmanlı dövləti ilə Batumda sülh və dostluq müqaviləsi imzalandı. Osmanlı imperiyası Azərbaycana hərbi qüvvə ilə yardım göstərməyi öhdəsinə götürdü. İyun ayında Nuru paşanın başçılığı ilə Osmanlı hərbi qüvvələri Gəncəyə gəldi. AXC – nin Osmanlıdan hərbi yardım alması Gürcüstan tərəfindən narazılıqla qarşılandı və AXC Tiflisi tərk etdi. İyun ayının 16 – da AXC Gəncəyə köçdü. Bakı XKS silahlı qüvvələri iyunun 10 – da Gəncə istiqamətində hərbi əməliyyatlara başladı. İslam Ordusu Bakı XKS – nın qoşunlarını darmadağın etdi və iyulun 31 – də istefaya getdi. 1918-ci il sentyabrın 15 – də İngilis və ermənilər Bakıdan qovuldu. Sentyabrın 17 – də AXC Bakıya köçdü. Bundan sonra AXC dövlət quruculuğu, sosial – iqtisadi, mədəni quruculuq işlərinə başladı. Xarici siyasətdə Osmanlı, Gürcüstan, Antanta, İran ilə diplomatik əlaqələr qurdu. Ermənilərin ərazi iddialarına son qoydu. 1919 – cu ilin yanvarında Qarabağda general qubernatorluğu, 1919-cu ilin fevralında Naxçıvan general qubernatorluğu yaratdı.
Paris sülh konfransında ilk vaxtlar ABŞ və digər dövlətlər Azərbaycanın tanınması məsələsinə müsbət yanaşmırdılar. Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan diplomatları konfransda ardıcıl və məqsədyönlü iş aparırdılar. 1920 – ci ilin yazında Bakıda dünyanın 20 – dən çox dövlətinin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Sovet Rusiyası 1920 – ci ilin ilk aylarında Cumhuriyyətə qarşı hərbi müdaxilə planları hazırlayırdı. 1920 martın 22- də Qarabağda erməni qüvvələri Şuşa, Xankəndi, Əsgəran, Xocalıda yerləşən Azərbaycan Milli Ordu hissələrinə hücum etdi. Azərbaycan ordusu qəhrəmanlıqla bu hücumları dəf etdi. 1920 aprelin 21 –də XI Ordu Yalama – Bakı əməliyyatına başladı. Aprelin 26 – 27 – də AXC ərazisinə ruslar soxuldu. Aprelin 27 – də yerli Bakı kommunistləri silahlı çevriliş edərək mühüm məntəqələri ələ keçirdilər.1920 – ci il aprel işğalı nəticəsində AXC süqut etdi.
Nəhayət, 1991- ci il oktyabrın 18 – də Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Azərbaycan Respublikasının Konstitusiya aktı qəbul edildi. Azərbaycan Respublikası AXC varisi olduğu təsbit edildi. Azərbaycan 1990 – cı illərin xaos içində idi. Bir tərəfdən ermənilərin ərazi iddiaları, digər tərəfdən stol davası bunun sübutu idi. Belə çətin zamanda xalq Heydər Əliyevi köməyə çağırdı. Ulu Öndər xalqımızın, müstəqilliyimizin, dövlətçiliyimizin xilaskarı oldu. 1993 – cü ilin oktyabrında hakimiyyətə qayıdan Heydər Əliyev uğurlu siyasəti ilə Azərbaycanı dünyada tanınan dövlətə çevirdi. Həm daxili, həm xarici, həm də dövlət quruculuğu işində uğurlu addımlar atıldı. XX əsrin ən uğurlu layihəsi olan “Əsrin müqaviləsi”- nə imza atdı. Bir sıra mötəbər təşkilatlara Azərbaycan daxil oldu. 1999 – cu ildə “Bakı – Tbilisi – Ceyhan” əsas ixrac boru kəmərinin layihəsi bağlandı. Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai – siyasi, iqtisadi, mədəni həyatında yeni bir tarix yaratdı.
İndi Ulu Öndərin işləri Prezidentimiz İlham Əliyevin fəaliyyətində daha aydın görünür. Azərbaycanın sosial – iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarında özünü göstərməklə Ulu Öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Prezidentimizin uğurlu siyasəti Azərbaycanı dünyada güclü ölkə kimi tanıtmasına gətirib çıxartdı. Azərbaycan həm iqtisadi – sosial, həm də siyasi arenada iri addımlarla irəliləyir!!!