Azərbaycan və Serbiya arasında mövcud münasibətlər gələcəkdə strateji xarakter alacaqdır.  

Azərbaycan və Serbiya arasında mövcud münasibətlər  gələcəkdə strateji xarakter alacaqdır.   
Arzu Hacı-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini

15 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri əsnasında bir çox  qərarlar qəbul olunub. Belə ki, səfər zamanı müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Bu sənədlər iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, enerji və infrastruktur sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. Hüquqi bazanın gücləndirilməsi biznes dairələri üçün daha əlverişli şərait yaradır və qarşılıqlı sərmayə qoyuluşunu stimullaşdırır.

Səfər zamanı Prezident cənab İlham Əliyev gələcək əməkdaşlıq istiqamətlərinin aydın olduğunu bildirmişdir. Enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan öz enerji resursları və iqtisadi imkanları ilə Serbiya üçün etibarlı tərəfdaş kimi çıxış edir.

Qəbul olumuş ortaq bəyanat iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. İnvestisiya layihələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək, yeni iş yerlərinin yaradılmasına və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan və Serbiya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcək və strateji xarakter alacaqdır.

Hər iki dövlət başçısının qarşılıqlı fikirləri yüksək səviyyəli siyasi dialoqun davamlı olacağını göstərir. Müntəzəm görüşlər tərəflərə aktual məsələləri operativ şəkildə müzakirə etməyə, yeni təşəbbüslər irəli sürməyə və mövcud layihələrin icrasını sürətləndirməyə imkan yaradır.