Azərbaycan və Macarıstan müxtəlif sahələrdə əməkdaşlıq edir

Azərbaycan və Macarıstan müxtəlif sahələrdə əməkdaşlıq edir
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 saylı orta məktəbin direktoru
Azərbaycan və Macarıstan dövləti arasındakı dostluq və əməkdaşlıq yeni deyil, uzun illərə təsadüf edir. Bu dostluq və strateji tərəfdaşlıq 2025-ci il may ayının 20 - də bir daha özünü təsdiq etdi. Macarıstan dövlətinin Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi öz ölkəsinə dəvət etməsi, ölkə başçımızın saya gəlməz uğurları və dövlətimizin sürətli inkişafı və dünyada nüfuzunun artmasından irəli gəlir
Macarıstan dövləti ilə müxtəlif sahələrdə əməkdaşlıq hər iki dövlətin gələcək perspektivləri üçün mühüm addımdır Bu sahələrə neft və qaz, energetika və həmçinin elm-təhsil sahələrini misal çəkmək olar Baş nazir Orban Macarıstan dövlətinin iqtisadi inkişafında türk dövlətlərinin xüsusi rolunun olduğunu qeyd etmiş, Macarıstan şirkətlərinin qaz yataqlarındakı “Azəri- Çıraq-Günəşli” və “Şahdəniz”,fəaliyyətlərindən danışmışdı.
Cənab Prezident İlham Əliyev də öz növbəsində hər iki ölkələr arasındakı əlaqələrin uğurlarından və bu əlaqələrin müntəzəm xarakter daşıdığını qeyd edib. Ölkə başçımız Azərbaycan və Macarıstan dövlətinin tarixi köklərə bağlılığından və oxşar xüsusiyyətlərindən danışıb. Prezident cənab İlham Əliyev ölkəmizin ərazisində aparılan müharibəni və ordumuzun, əsgərlərimizin mübarizliyini də xüsusi qeyd edib.