Azərbaycan Türkiyəylə birlikdə Türk dünyasında və İslam aləmində flaqmana çevrilən ölkədir

Azərbaycan Türkiyəylə birlikdə Türk dünyasında  və  İslam aləmində flaqmana çevrilən ölkədir

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini

Qarabağın tacı olan Şuşa şəhəri Azərbaycanın ən müqəddəs, ən gözəl tarixi məkanıdır. Məhz buna görə 10 oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi Azəbaycan xalqı üçün çox sevindirici, qürurverici hal oldu. Bu hadisə həm də Şuşanın Azərbaycan torpağı kimi müsəlman ictimaiyyəti tərəfindən qəbul olunması da deməkdir. Nəzərə alsaq ki, Qarabağ tamami ilə azad olunandan sonra Şuşada belə bir tədbirin keçirilməsi həm də dünya ictimaiyyətinə böyük bir ismarıc idi.

Qeyd edilməlidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası yeni əməkdaşlıq imkanları ətrafında açıq və səmərəli müzakirələrin aparılması üçün əhəmiyyətli platformadır. Azərbaycan dəfələrlə qeyd edib ki, Qarabağın inkişafın və bərpasında bizim haqlı mübarizəmizdə yanımızda olan dostlarımız iştirak edəcəklər. Biz müsəlman qardaşlarımızı yanımızda görmək onlarla daha sıx əməkdaşlıq etmək istəyimizi bir daha ortaya qoymuş olduq Şuşa görüşü ilə.

Azərbaycan etibarlı tranzit ölkədir. Hazırda ölkənin quru, hava, dəniz yolları vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir. Azərbaycan əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Müharibə və münaqişənin tam başa çatmasından sonra Zəngəzur dəhlizinin açılacağına böyük ümidlər var. Bütün region ölkələri və əlbəttə, İran da müsəlman ölkəsi kimi bu dəhlizi dəstəkləməlidir. Qərbi və Mərkəzi Asiyada yerləşən müsəlman qardaş və bacılarımız “orta dəhlizlə” Qərbi Avropaya ən qısa yola gedə biləcəklər. Bu, İslam aləminə həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaqdır

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövrlərdə münasibətlərinə xüsusi əhəmiyyət verir və sevindirici haldır ki, Şuşa şəhərini 2026-cı il üçün İƏT-in turizm paytaxtı bəyan olunub. Eyni zamanda Azərbaycanın İƏT-də sədrlik mövzusu “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırki dövrdə xüsusi aktuallıq kəsb etdiyini söyləyən dövlət başçısı – “Dekarbonlaşma, yaşıl enerji” növbələrinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun həyata keçirilir .

 Bu gün Azərbaycan Türkiyəylə birlikdə Türk Dünyasından sonra İslam aləmində də flaqmana çevrilən ölkədir. Hazırda xalqımız Azərbaycanın Suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini və qürurunu yaşayır. Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır, 44 günlük Vətən müharibəsini zəfərlə başa vuran möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı tarixi ədaləti bərpa etdi.