Azərbaycan Şərq və Qərb arasında təbii coğrafi üstünlüklərə malik bir ölkədir

Azərbaycan Şərq və Qərb arasında təbii coğrafi üstünlüklərə malik bir ölkədir

Sədai Vəlibəyli 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı  RİHB-nın Yeni Suraxanı inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb. İlham Əliyev öz çıxışında qonşu dövlətlərl sıx münasibətlərindən bəhs etmişdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Prezident İlham Əliyev Mərkəzi Asiya, Qafqaz və Avropa arasında sıx əməkdaşlığın aparılmasının vacibliyini vurğulamışdır.

Azərbaycan Şərq və Qərb arasında təbii coğrafi üstünlüklərə malik bir ölkədir. Nəqliyyat infrastrukturuna müəyyən məbləğdə sərmayə yatırılmışdır. Təkcə Türkmənistandan deyil, Qazaxıstandan da neftin tranzitinə başlanılmışdır.

İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də işlərin aparıldığıni qeyd etmişdir. Nəqliyyat sahəsində atılan addımlar digər ölkələrlə əməkdaşlığa müsbət təsir göstərmişdir. Bakıda dəniz limanının yaxınlığında azad zonanın açılışından bəhs edən Cənab İlham Əliyev bu zonanın şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacağını qeyd etmişdir.

Azərbaycan, Türkiyə, Gürcüstan arasında üçtərəfli əməkdaşlığın hər üç ölkənin iqtisadiyyatı üçün çox əlverişli olmuşdur. Hər üç ölkə arasında dəmir yolu əlaqələrinin qurulmasının əsası neft-qaz kəmərlərinin uğurlu icrasından başlamışdır.

Təbii qazla bağlı müəyyən istiqamətlərdə işlərin görülməsi də müzakirə olunan məsələlərdən olmuşdur. Avropaya ötürülən qaz ixraci ilbəil artmaqdadır. 2021-ci ildə 8 milyarddan çox idisə, bu il 11.6 milyarda çatacaq. Buda Azərbaycanın dünya iqtisadiyyatında mühüm rolunun olmasına gətirib çıxarır.

lham Əliyev enerji siyasətindəki görülmüş işlər barəsində öz çıxışında qeyd etmişdir. O, həm Xəzər dənizində, həm də işğaldan azad olunmuş ərazilərdə külək potensialının gücündən məlumat verilmişdir. Elektrik enerjisi, yaşıl enerji ilə bağlı planların olduğunu qeyd etmişdir. Buxarestdə Gürcüstandan Ruminiyaya sualtı kabel xəttinin çəkilməsi ilə bağlı müqavilə bağlanılmışdır.

Real vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan öz regionunda əsas aktor kimi çıxış edir və bununla da bütün dünyaya töhfələr verir.