Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə yüksələn xəttlə inkişaf edir

Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə yüksələn xəttlə inkişaf edir

Aybəniz Mustafayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu Q.Qasımov adına uşaq bağçasnın müdiri

Qazaxıstanda dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində cənab Prezident İlham Əliyev Ulu Öndər haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ulu Öndərin əsas vəsiyyəti idi və artıq bu vəsiyyət yerinə yetirilib. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir. Bundan sonra da ölkələrimiz arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların artmasına əlavə zəmin yaradacaqdır.

Bu gün Azərbaycan və Qazaxıstan arasında heç bir sahədə fikir ayrılığı yoxdur, əksinə hər bir məsələdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiq ölkələrdir. Qazaxıstan ölkəmizin haqq işini yekdilliklə dəstəkləyən ölkələrdən biridir. Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Qazaxıstanın ölkəmizə hədiyyəsi, Qarabağın yenidən qurulmasına isə mühüm töhfəsidir. Bu eyni zamanda qardaşlığın, humanitar əməkdaşlığın bariz nümunəsdir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda birlikdə təmsil olunur və bir-birini yekdilliklə dəstəkləyirlər. Bu siyasi xətt gəlcəkdə də davam etdiriləcək, ölkələrimiz bir birinin maraqlarını müdafiə edəcəklər.

Ölkələrimizin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə də bağlı böyük planları var. Bu sahədə həm ölkəmizin, həm də Qazaxıstanın geniş potensialı var. Mövcud imkanlardan istifadə edərək ölkələrimiz arasında yük axını birləşdiriləcək və həcmi artırılacaq, nəticədə tranzit potensialı yüksəldiləcək. Bu isə öz növbəsində ölkələrimizin iqtisadi-ticari münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Həmçinin region ölkələri də bu münasibətlərdən dolayı yararlana biləcək ki, bununla da regionun iqtisadi imkanları daha da inkişaf etmiş olacaq