Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf edir

Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə qurulmuşdur.Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcut olmuşdur.Belə ki, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərini bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham Əliyev çıxışının əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi tarixi nailiyyət-futbol üzrə Özbəkistan yığmasını dünya çempionatının final mərhələsinə çıxması münasibəti ilə təbrik etmişdi.
İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər o, cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair bəyənamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.