Aşıq Mehtiyev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Bildiyimiz kimi Şevket Mirziyoyev Özbəkistan prezidenti seçilməsindən sonra ilk dəfə qardaş respublika olan Azərbaycana səfər etmişdir.Bu səfər heç də təsadüfi deyil. Çünki bu respublikalar türk respublikaları olduğu üçün dil və mədəniyyət baxımından qardaş sayılırlar.22 avqust tarixində Özbəkistan prezidenti görüşlər çərçivəsində Özbəkistan Azərbaycan arasında qarşılıqlı fəaliyyətlər ətraflı təhlil olunmuş, beynəlxalq platformalarda da birgə fəaliyyət göstərmək, sonra energetika nəqliyyat, qarşılıqlı iqtisadi əlaqələridə daha da inkişaf etdirmək məsələləri müzakirə olunmuşdur.
İki ölkə arasında imzalanan sənədlər dövlətlərarası əlaqələrin yüksək səviyyədə olmasının yüksək göstəricisidir. Bu bizim qarşılıqlı fəaliyyətlərimizin təməlini məhz mədəni zəmin təşkil edir. Çünki qardaş xalq olan Özbəkistan və Azərbaycan xalqlarının çoxəsirlik tarixləri var. Həmişə bu xalqlar arasında isti münasibətlər olub və daim bir-birimizi dəstəkləmişik. Qardaş respublikasının prezidentinin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə məktəbin inşasına göstəriş verməsi iki qardaş xalqın bir-birinə olan inamından, qardaşlıq münasibətindən irəli gəlir. Türk xalqlarında belə bir adət var ki, dar gündə qardaş-qardaşa kömək edər və əl tutar. Bəli həmin inşa olunan məktəbə də Özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verildi. Bu dostluq iki xalq arasında getdikcə daha da möhkəmlənəcək inkişaf edəcək. Mərkəzi Asiyanın ən böyük dövləti olan Özbəkistan ilə Azərbaycan arasında əlaqələr genişlənəcək və artacaq.Bu xalqlar arasında diplomatik əlaqələr 1995-ci ildən qurulsa da ortaq tarixə, dini və mədəniyyətə bağlı olan xalq arasındakı əlaqələr qədim dövrə çıxır. Bunu biz iki xalqın böyük mütəffəkiri Əlişir Nəvai və Nizami Gəncəvinin xəmsəsini misal gətirə bilərik.
Bu gün Özbəkistan Respublikası qardaş Azərbaycan Respublikası ilə olan yaxın dostluq münasibətlərinə görə Ermənistanda öz səfirliyini açmayıb. 1996-cı ildən iki qardaş dövlətlər arasında əlaqələr bu günki gündə ən yüksək zirvəyə qalxıb. Bu prezidentimiz İlham Əliyevlə, Özbəkistan prezidenti Şevket Mirziyoyev şəxsi münasibətləri sayəsində olub. Azərbaycan, Özbəkistan və orta Asiya ölkələri ilə gündən- günə artan əlaqələr türk dünyasına əhəmiyyətli töhfələr verəcək və verməkdədir. Biz ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndiririk. Bu tamamilə təbiidir biz qardaş xalqlarıq. Yaşasın Özbəkistan Azərbaycan dostluğu! Uca Yaradan TÜRKÜ qorusun!