Azərbaycan öz sözünü diktə etməyi bacarır
Aytən Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 276 nömrəli uşaq bağçasının müdiri
Qarabağ işğal altında olduğu müddətdə Prezident İlham Əliyevin dəfələrlə ATƏT-in Minsk Qrupunda Azərbaycan torpaqlarının terrorçu erməni tapdağı altında olduğunu bəyan edirdi. Lakin Minsk qrupu bu mövzuya əhəmiyyət verməyir və nizama salmırdı. Buna baxmayaraq dövlət başçımız Azərbaycan xalqı qarşısında verdiyi vədindən heç bir zaman dönmədi.
Biz torpaqlarımızın bir gün azad olunacağına olan inamımızı heç vaxt itirmədik. Gözlədiyimiz doğru zaman, doğru məqam idi. Bu məqam 2020-ci ildə yetişdi və Ali Baş Komandan verdiyi bütün vədlərə sadiq qalaraq, ata vəsiyyətini yerinə yetirib, torpaqlarımızı mənfur düşməndən təmizlədi. Azərbaycan münaqişəni BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özü həll edib, səsini bütün dünyaya duyurdu və haqlı olduğunu sübut etdi.
Münaqişədən sonrakı vəziyyət stabil qalmadı. Məğlubiyyəti dərk edib, nəticə çıxarmağın özü də bir müvəffəqiyyətdir. Necə deyərlər, düşmənin də pisi yaxşısı olur. Bu ilin sentyabrında sərhəddə baş verən təxribat bir daha sübut etdi ki, bizim bəxtimizə düşən düşmənin ən pisidir. Təəssüf ki, heç bir dövlət qonşusunu özü seçə bilmir.
Oktyabrın 6-da “Avropa siyasi birliyi” nin yeni platforması çərçivəsində Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olunmuşdur. Bu danışıqların nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 50 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Onların 2 ay orada qalması tərəflər arasında sərhədlərin çəkilməsində, delimitasiya ilə məsələlərin müəyyənləşdirilmasində köməklik göstərməkdir. Bu misyanı Azərbaycan tərəfinə göndərmək barədə cəhdlər oldu. Ancaq bizim tərəfimizdən rədd edildi. Bəli,ona görə rədd edildi ki, Azərbaycan terrorçu ölkə deyil.
Terrorçuluq və vandallıq yalnız Ermənistana məxsus xüsusiyyətdir. ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Çünki biz zamanında ATƏT-in Minsk qrupuna Qarabağla bağlı dəfələrlə müraciət etsək də fayda görməmişik. Avropa İttifaqının misya qrupu ilə artıq razılaşma olunmuşdur. Dövlət başçımız yaxşı bilir ki, kiminlə hansı yola çıxmaq olar. İlham Əliyevin Vətəninin, xalqının inkişafı və müstəqilliyi üçün olan arzuları və etdiyi səylər misilsizdir.
Təəssüflər olsun ki, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan beyanatlar verərək Fransa senatı və aşağı palata İkinci Qarabağ mühatibəsi dövründə qondarma “Dağlıq Qarabağ ”ı tanıyan qətnamələr qəbul edirlər. Bütün görüş və iclaslarda Fransa ölkəmiz üçün haqsız, qəbulolunmaz və təxribat xarakterli bə yanatlarla çıxış etmişdir. Guya biz müharibə etmişik, biz terror edib öz ölkəmizi müharibəyə aparmışıq. Lakin bunun belə olmağdığına ən az bizim qədər əmindirlər.
Biz bizdən alınan, çalınan ərazilərimizi heç kimin köməyi olmadan Özünü Müdafiə Hüququndan istifadə edərək geri almışıq. Lakin Fransanın dediyi və etdiyi hər haqsızlığın üstündən ölkə başçımız xətt çəkmiş və onların iclasda iştirakına izin verməmişdir. Azərbaycan öz sözünü diktə etməyi bacarır. Hələ Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar da törədilib. Biz boşu – boşuna Ermənistana vandalizm dövləti demirik. Bu gün bizə qarşı hazırlanan sabotajlara əhəmiyyət verməyərək azad olunmuş torpaqlarımızın bərpası ilə məşğuluq. Uzaqgörən və praqmatik zəkaya malik ölkə başçımız var olduqca Azərbaycan da, onun müstəqilliyi də əbədi olacaqdır.