Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı uzun illərə söykənən etibarlı tərəfdaşlıq nümunəsidir

Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı uzun illərə söykənən etibarlı tərəfdaşlıq nümunəsidir

Ülviyyə Cəfərli

Suraxanı Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədr müavini 

Prezidenti cənab İlham Əliyev ilə Ciorgia Meloni arasında Bakıda keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin strateji mahiyyətini bir daha təsdiqlədi. Dövlət başçısının vurğuladığı kimi, İtaliya bazarı həm neft, həm də qaz sahəsində Azərbaycan üçün birinci dərəcəli əhəmiyyətə malikdir.

Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı uzun illərə söykənən etibarlı tərəfdaşlıq nümunəsidir. Xüsusilə son illərdə həyata keçirilən irimiqyaslı layihələr bu əlaqələri daha da gücləndirib. Bu kontekstdə Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya nəqli strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, bəyanatda o da vurğulanıb ki, İtaliya ilə əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda iqtisadiyyatın digər sahələrini də əhatə edir.

Hal-hazırda 130-dan çox İtaliya şirkətləri Azərbaycanın müxtəlif sektorlarında, o cümlədən sənaye, tikinti, logistika və xidmət sahələrində fəal iştirak edir. Bu isə iqtisadi əlaqələrin şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verir. Həmçinin işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirməsidə çox yüksək qiymətlədirilmişdir.

Eyni zamanda Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatları  zamanı  qeyd edilib ki: "Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir", - Prezident bildirib və əlavə edib ki, görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb.

Biz əminliklə deyə bilərik ki, artıq ölkəmiz inkişaf etmiş dünya ölkələri arasında yer almağa doğru addımlayır, öz sözünü deməyi bacarır və bu yolda xalqımız ölkə başçısını ürəkdən dəstəkləyir və hər zaman da dəstəkləyəcəkdir!

Nəticə etibarilə, İtaliya kimi inkişaf etmiş bir ölkə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində yüksəldərək həm regional, həm də qlobal miqyasda İtaliya bazarının neft və qaz sahəsində prioritet istiqamət kimi müəyyənləşdirmək Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaı naminə yaratdığı uzaqgörən siyasətin nəticəsi və onun bu uğurlu yolunu davam etdirən cənab Prezidentin müvəffəqiyyətli diplomatiyasının  bariz nümunələrindən biridir.

 

 

.