Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır

Təcibə Ağayeva 

Suraxanı Gənclər Evinin fəalı

YAP Suraxanı rayon təşkilatının könüllü gənci

Bütün ruhu gənc olan soydaşlarımızın Gəncləri Günü mübarək!

Respublikamızın inkişafında Azərbaycan gəncləri böyük rol oynayır. Gənclərimiz bacarıq, istedad və yaradıcılıqları ilə ölkəmizin yüksək keyfiyyətini təmsil edirlər. Onların ən doğru şəkildə yetişdirilərək ölkənin işıqlı gələcəyinə töhfə verməsi ölkə siyasətində mühüm yer tutur. Dövlət gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. O, 1996-cı il fevralın 2-də qarşısına qoyduğu vəzifəyə əsasən 1997-ci il tarixində fevralın 2-nin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır.

Hər zaman Azərbaycan gənclərinin yetişdirilməsi və inkişafına xüsusi diqqət yetirən Ulu Öndərimiz 1999-cu il iyulun 29-da imzaladığı fərmana əsasən gənclərin inkişafı üçün daha əlverişli mühit yaradılmışdır. Heydər Əliyevin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirmişdir və bu sayədə günümüzdə gənclər gələcəyə faydalı, vətənpərvər, sədaqətli yetişməkdədirlər. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri də ölkəmizin gənclərinin vətənə sədaqətli yetişdirilməsidir.

2 fevralın gənclərə özəl gün olması və onların inkişafı üçün hər cür şəraitin yaradılması Azərbaycan gənclərini daha da ruhlandırdı. Gənc idmançılarımızın ölkəmizdə keçirilən idman yarışlarında qələbələri, o cümlədən xarici ölkələrdə idman yarışlarında qələbələri Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləyir. Həmçinin Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində misilsiz və ilk olmuşdur.

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır və Azərbaycan haqlı olaraq fəxr edir ki, belə gənclərə sahibdir. Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Ölkənin hər bir yanında istedadlı gənclərə xüsusi önəm verilir və inkişafına şərait yaradılır. Günümüzdə gənclər Prezidentimizin dəstəyi ilə öz bacarıqlarını ortaya çıxara, istedadlarından yararlana və gənclik ruhunu yaşadaraq gələcəyə ötürə bilirlər.

Ulu Öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" sözlərinə əsasən gənclərimiz gələcəyimizə işıq olan adət-ənənələrimizi davam etdirir, özlərinin və bir sonrakı nəsillərin inkişafı və düzgün fəaliyyəti üçün çalışırlar. Könüllülər hərəkatının aparıcı gücü olan bizim qəhrəman gənclərimiz həm tarix, həm də xalq, həm də Vətən qarşısında borcların ən qürur verici formada ödəmişdirlər.

Vətən müharibəsində həll edici rol daşıyan gənclərimiz Vətən müharibəsi dövründə sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycanımız qalib gəldi. Gənclər siyasətinin böyüməsi üçün paytaxt Bakı və bölgələrdə Gənclər evi və Gənclər mərkəzləri fəaliyyət göstərir. Gənclərin mənəvi, əqli, zehni və fiziki inkişafı üçün nəzərdə tutulmuş bu tikililər sayəsində gənclər vətənpərvər ruhunda formalaşır və sosiallaşırlar. Gənclərimiz ölkəmizin gələcəyidir. Onların təşəbbüskarlığı və uğurları bizim parlaq gələcəyimizin göstəricisidir.