Ayaz Hüseynov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı ryonu, 315 nömrəli tam orta məktəbin müəllimi
Cənub Qaz Dəhlizi Məşvərət şurası XI dəfədir Bakıda toplaşır. Bu toplantıda Cənab Prezident İlham Əliyev çıxışı ilə bildirdi ki, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Uzun illər Azərbaycan etibarlı tərəfdaş olub, bunu həm xarici, həm də daxili siyasəti ilə sübut edib.
Cənab Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, ümid edirəm ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrıseçkiliyə məruz qalmayacaq. Buradan aydın olur ki, Avropa hələ faydalı qazıntıları ilə zəngin olan ölkələrlə əməkdaşlıq etməyə, onlarla birgə bu istehsalata dəyər verməyə davam edir. Bu da təbii sərvətləri bol olan Azərbaycanın daha da söz sahibi olmasına şərait yaradır. Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bu da təbii qaza olan tələbatı xeyli azaldacaq və həmin qazı ixraca yönəldəcəyik.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarət üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər -Komitə/Nazirlər görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb. Burdan aydın görünür ki, Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycanın təbii sərvəti Avropadakı qaz ehtiyacını ödəyəcək vəziyyətdə olması, Azərbaycanla əməkdaşlığı sıxlaşdırır. Cənab Prezident İlham Əliyevin təmkinli xarici siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında bir körpü rolunu oynayır. Bundan sonra Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşlar üçün daha mühüm rol oynayacaq.