Azərbaycan elminin 80 illik şərəfli yolu..
Məhəmmədəli İsmayılov
Milli Aviasiya Akademiyasının tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışı, gələcəyə baxış, inkişafın əsas istiqamətlərini müəyyənləşdirən böyük bir yol xəritəsidir. Bu tazımla tarixi çıxışı rəhbər tutaraq, bir gənc kimi fikirlərimi ifadə etmək istəyirəm.
Cənab Prezident çıxışına Azərbaycan elminin 80 illik şərəfli yoluna nəzər salmaqla başladı. O, qeyd etdi ki, Akademiya bu illər ərzində Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Biz müxtəlif dövrlərdən keçsək də, Azərbaycan hər zaman öz elminə böyük diqqət göstərib. Bu tarixi diqqətin təməlində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Cənab Prezident xüsusi vurğuladı ki, Ulu Öndər hər zaman Azərbaycan alimlərini dəstəkləyirdi.
Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti sistemli şəkildə təkmilləşdirilmiş, yeni elmi-tədqiqat mərkəzləri yaradılmış, elmə böyük vəsaitlər ayrılmışdı. Ulu Öndərin uzaqgörən addımı isə yüz minlərlə Azərbaycan gəncini o vaxtkı Sovet İttifaqının ən aparıcı ali məktəblərinə göndərməsi oldu. Cənab Prezidentin ifadə etdiyi kimi, məhz bu siyasət sayəsində ölkəmizdə müstəqillik dövrü üçün güclü intellektual potensial formalaşmışdı. Bu irs müstəqillik illərində də yaşadı. Hətta 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ziyalılarla ilk görüşünü məhz Akademiyada keçirdi.
Elmə meyilli bir gənc kimi deyə bilərəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu sahəyə diqqət yeni və güclü mərhələyə daxil olub. Cənab Prezident çıxışında bu istiqamətdə atılan addımların nəticələrini açıqladı: son on il ərzində elmə ayrılan vəsait iki dəfədən çox artırılmışdır. Akademiyanın binaları təmir edildi, maddi-texniki bazası müasirləşdirildi. Bu inkişafın təminatçısı olan əsas institusional addımlar 2009-cu ildə Elm Fondunun yaradılması, "Elm haqqında" qanunun qəbulu və Milli Strategiyanın təsdiqi oldu. Bu diqqət, bu qayğı bizdə elmə daha böyük maraq yaradır.