Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
​​​​​​​Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
​​​​​​​Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati​ərazi dairəsi üzrə nümayəndənin müavini
Azərbaycanın beynəlxalq aləmdə çoxrərəfli diplomatiya yürütməsi onun bu miqyasda mövqeyini durmadan gücləndirir. Dövlətimizin xarici siyasəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda müxtəlif sferada beynəlxalq təşkilatlar və platformalar vasitəsilə daha geniş diplomatik əlaqələr qurulur. Bu baxımdan Azərbaycan qlobal siyasətdə mühüm dövlətlərdən biri kimi tanınır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir.
​Kazan şəhərində XVI BRICS Sammitdə Azərbaycanın iştirakı da bu siyasətin tərkib hissəsidir və ölkənin multilateralizmə verdiyi önəmini bir daha göstərir. BRICS təşkilatına üzv olan ölkələr – Rusiya, Hindistan, Braziliya, Çin və Cənubi Afrika dünya iqtisadiyyatında və siyasətinda mühüm rola malikdirlər. Azərbaycanın iştirakı qeyd olunan ölkələrlə həm siyasi, həm də iqtisadi əməkdaşlıqda yeni perspektivlər yaradır. BRICS formatında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iştirakı həm də Qlobal Cənub və Qlobal Şimal arasındakı dialoqu daha da gücləndirir.
​Azərbaycanın bu gün BRICS platformasında olmaq istəyi uzun illər ölkəmizin Qərb tərəfindən aparılan anti Azərbaycan siyasətinə tutarlı cavabıdır. Əsas məqsədimiz hər iki beynəlxalq platformada milli mənafelərimizə uyğun siyasət aparmaq, digər məkanlarda ölkəmizin milli maraqlarını qorumaqdır. Çünki Azərbaycan həm Qərb, həm də Şərq üçün önəmli ölkədir. Respublikamızın beynəlxalq arenada artan rolunu və təsirini nəzərə alaraq, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyini gözləmək olar.
Beləliklə, Azərbaycanın BRICS Sammitində iştirakı təkcə ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi ilə bağlı deyil, həm də qlobal məsələlərə təsir etmək, təhlükəsizlik, sülh və inkişaf üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.