Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda  əsas ticarət tərəfdaşıdır
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank -Volter Ştaynmayerin geniş tərkibdə görüşü  keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Prezidenti Frank -Volter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, tam əmindir ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir.  Almaniya Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci ildə tanımış və iki ölkə arasındakı diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur. Həmin ildən etibarən Azərbaycan -Almaniya münasibətləri sürətlə inkişaf etmişdir.

 Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP-29 beynəlxalq iqlim konfransı iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli nəticələr əldə etdi. Bu tədbirdə 197 ölkədən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir.  Prezident İlham Əliyev Ermənistan -Azərbaycan  münaqişəsinin həlli və sülh danışıqlarının gedişi barədə məlumat verərək, Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımları vurğuladı.

 Azərbaycan Almaniyanın Cənubi Qafqazda  əsas ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1.8 milyard ABŞ dollarını təşkil etmişdir.  Azərbaycan Almaniya arasında elm, təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Bu çərçivədə bir sıra birgə layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan -Almaniya münasibətlərində yeni üfüqlərin açılması, iqtisadi və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi və bölgədə sülh prosesinin sürətləndirilməsi istiqamətində əhəmiyyətli mesajlar verir.  Prezidenti Frank-Volter Ştaynmayerin Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.