Azərbaycanlılara qarşı soyqırımı edən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər
Ermənilər tarix boyu qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan istifadə etmişlər. Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar.
Azərbaycanlıların soyqırımından bəhs ediləndə 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınları qeyd etmək lazımdır. 1918 - ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
1918 - ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını həyata keçirldi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər əldə olunmuşdur. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.
2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması qərara alınıb.2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub.Həmin tədbirdə ölkə başçısı prezident Ilham Əliyev çıxış etmişdir: "Biz hamımız yaxşı bilirik ki,Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağda ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür.Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar.Yəni ,bu tarixi paralel,ondan sonra Bakı soyqırımı,Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır."
Ölkə Przezidenti xalqımızın tarixini ,xalqımıza qarşı törədilən facilərə siyasi qiymətin verilməsi istiqamətində daha mühüm addımlar atılmasının təmin etmək məqsədilə növbəti bir cərəncam imzaladı. 2018-ci il 18 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 3587 nömrəli Sərəncam imzalamışdır.Bu sərəncama əsasən görülən işlərlə olkə və dünya ictimaiyyətinə 100 il əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlər barədə həqiqətlər çatdırılmışdır.
Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəbin direktoru: Arzu HüsüynAğa oğlu Miriyev