MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməməklə Ermənistan xarici siyasətinin çürüklüyünü bir daha sübut etmiş oldu

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməməklə Ermənistan xarici siyasətinin çürüklüyünü bir daha sübut etmiş oldu

Dilarə Seyidova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin direktor müavini

Bu gün Azərbaycan hərtərəfli inkişaf xəttini tutmuş qüdrətli bir dövlətdir və dövlətçilik tarixinin ən şərəfli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son iyirmi ildə prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilən məqsədyönlü siyasətin nəticəsində Azərbaycan dövləti iqtisadi yüksəlişlərlə başlayıb ,tarixi zəfərlə davam edən qüdrətli dövlət kimi regionda və dünyada uğur qazanıb. Bu, bir həqiqətdir ki, yüksək idarəçilik və dövlətçilik təfəkkürünə malik lider kimi cənab İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etdi. Cənab İlham Əliyev xalqımızın milli maraqlarını əsas tutaraq, onun təhlükəsiz yaşaması üçün var qüvvəsi ilə çalışır. Dünyada gedən geosiyasi proseslərə müdrik lider kimi yanaşır. Bu gün Ulu Öndərin memarı və qurucusu olduğu Müstəqil Azərbaycan dövləti demoktarik və hüquqi dövlət kimi dünyanın siyası sferasında öz sözünü demiş, tanınmış güclü dövlətlərlə birlikdə regional layihələrə imza atırtəhlükəsizlik məsələsində öz mövqeyni ortaya qoyur.

Hələ əsası 1991-ci ilin 8 dekabr tarixində Minsk şəhərində qoyulan Müstəqil Dövlətlər Birliyinə (MDB) Azərbaycan Respublikası 1993-cü il 24 sentyabr tarixində daxil olmaq haqqında qərar qəbul etmişdir. MDB-nin əsas məqsədi iqtisadi, hərbi, siyasi və humanitar sahələrdə çoxsahəli əməkdaşlığın davam və inkişaf etdirilməsində ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə 69-u sahəvi əməkdaşlıq orqanı,15-i digər qurumlar olmaqla ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Azərbaycan Respublikası MDB-i iştirakçı dövlətləri əməkdaşlığının ikitərəfli davam etdirilməsinə üstünlük verir. 70 il müddətində postsovet məkanında bir ailə tərkibində müxtəlif əlaqələrdə olan dövlətlərin bu gün müstəqil dövlət kimi əlaqələrin qurulması və davam etdirilməsi labütdür. Digər yandan bu respublikaların içərisində türkdilli ölkələrin olması, türk dilləri qrupuna daxil olan dövlətlərin ölkəmizlə əlaqələrinin davam etdirilməsinin tarixi kökləri və əhəmiyyəti olduqca böyükdür.

Oktyabr ayının 12-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılar Şurasının iclasında iştirak etmək üçün Qırğızıstan respublikasına səfərə etdi. Qırğızıstan respublikasının paytaxtı Bişkek şəhərinin “Manas” beynəlxalq hava limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri-Prezident administrasiyasının rəhbəri Akilbek Japarov və digər rəsmi şəxslər tərəfindən qarşılandı. Oktybar ayının 12-də Bişkek şəhərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü olub. Görüş zamanı iki dövlət başçıları bir-birinə dərin hörmət və səmimi arzularını bildiriblər. Başda Qarabağ ətrafında olmaqla, ölkələrarası iqtisadi əlaqələrin inkişafından, iki ölkə arasındakı ticarət dövriyyəsini artımından söhbət açıblar. Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından,onun imkanlarının genişləndirilməsindən həm dəniz,həm avtomobil yolları vasitəsi ilə yükdaşımaların həcminin artırılmasından məmnunluq ifadə ediblər. Şimal-Cənub Nəqliyyat Dəhlizinin iqtisadi olduğu qədər,strateji əhəmiyyətini böyüklüyünü vurğulayıblar.

Oktybar ayının 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmədi. Bu davranışı ilə Ermənistan yürütdüyü xarici siyasətin çürüklüyünü bir daha sübut etmiş oldu. Əsas kimi Ermənistan tərəfi Azərbaycanın sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində keçirtdiyi lokal xarakterli Antiterror tədbirlərinə Rusiyanın münasibətinə narazılıq ifadə ediblər. MDB Dövlət Başçılar Şurasının iclasında iştirak edən dövlətlər bir daha Ermənistanın regionda sülh istəməməsinin qənaətinə gəldilər. Prezident cənab  İlham Əliyevin sözləri ilə desək “Biz öz yolumuzla davam edirik!” Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan dövləti qonşu ölkələrlə,həmçinin xarici tərəfdaş ölkələrlə təhlükəsizlik platformasında əməkdaşlıq əlaqələrini qurur,mövcud münasibətləri dahada möhkəmləndirir.