Azərbaycanla bağlı Avropa Parlamentinin qəbul etdiyi çoxsaylı qətnamələr yalanla doludur
Röya İslamova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyev 4 may 2026-cı il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etmişdir. Çıxışında əsas məqamlara toxunaraq sülh gündəliyi və regional təhlükəsizlik, kənar müdaxilələr və silahlanma, Avropa ittifaqı və Avropa Parlamenti barədə dəyərli fikirlər söyləmişdir.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan sülh prosesinə sadiqdir, sülh müqaviləsinin dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenliyinə hörmət etməsi prinsipləri üzərində qurulmalıdır. Prezident həmçinin qeyd etmişdir ki, Ermənistan bəzi dövlətlər tərəfindən silahlandırılır bu da regionda yeni münaqişə ocaqları yaratmaq məqsədi daşıyır və bu beynəlxalq hüquqa ziddir. Ali Baş Komandan bəyan edib ki, heç bir kənar müdaxilə Azərbaycanı öz suverenliyini tam bərpa etmək yolundan döndərə bilməz!
Prezident Ermənistan-Azərbaycan şərti sərhədi boyunca fəaliyyət göstərən Aİ-nin müşahidə missiyasını tənqid edərək, onların Ermənistanı Azərbaycandan qorumaq imitasiyası yaratdıqlarını bildirib. Həmçinin, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qətnamələri təhqir və yalanla dolu sənədlər kimi xarakterizə edib. Çıxışında qeyd etmişdi ki, Azərbaycan 2001-ci ildən Avropa şurasın üzvdür.
Azəbaycan AŞPA-nın fəal üzvlərindən biri idi. Numayəndə heyətimizə 2024-cü ilin yanvarna qədər heç bir məhdudiyyət tətbiq edilməmişdir. 2023-cü ilin sentyabrda Azərbaycan Qarabağda separatçılığa son qoydu. BMT Təhlekəsizlik Şurasınıın 4 qətnaməsini özümüz etdik. 4 ay sonra AŞPA nümayəmdə heyətimizə sanksiya tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Bu məsələdə ikili standart qəbul edilməzdir.
Bu toplantının İrəvanda keçirilməsi fonunda dövlət başçısı regionda sülhün və etimadın bərqərar olması üçün Ermənistan cəmiyyətindəki revanşist və nifrət bəsləyən qüvvələrə qarşı ayıq-sayıq olmağın vacibliyini diqqətə çatdırıb.
Yekun olaraq Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” nin Zirvə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı Ermənistan Baş naziri Paşinyanı təbrik edib və bildirib ki, prosese mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarlarımın şərhləri bunu aydın şəkildə göstərir.