Azərbaycanın rəqəmsal arxitekturasının qurulması yeni mərhələyə qədəm qoyub
Nərminə İsmayılova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin Uşaq birliyi rəhbəri
Azərbaycanın yeni rəqəmsal arxitekturası ölkəmizi modernləşmənin zirvəsinə aparan strateji bir yoldur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm coğrafi, həm də texnoloji baxımdan regionun "rəqəmsal qəlbi"nə çevrilir.
Süni intellekt, data analitikası və müasir idarəetmə modelləri üzərində qurulan bu yol xəritəsi Azərbaycanın 2030-cu il və ondan sonrakı dövr üçün nəzərdə tutulan milli inkişaf prioritetlərinin reallaşmasını təmin edəcəkdir. Bu prosesin sonunda Azərbaycan təkcə iqtisadi baxımdan deyil, həm də texnoloji suverenlik və rəqəmsal idarəetmə baxımından dünyanın ən qabaqcıl dövlətləri sırasında öz layiqli yerini möhkəmləndirəcəkdir.
Müasir dünyada dövlətlərin gücü və rəqabətqabiliyyətliliyi artıq təkcə təbii resurslarla deyil, həm də onların texnoloji innovasiyalara, süni intellektə və data mərkəzli idarəetməyə nə dərəcədə adaptasiya olunması ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu qlobal çağırışlara cavab verən keyfiyyətcə yeni bir mərhələyə "Azərbaycanın yeni rəqəmsal arxitekturası"nın qurulması mərhələsinə qədəm qoyub. Bu arxitektura sadəcə texniki yenilik deyil, dövlətin bütün fəaliyyət mexanizmlərinin müasir trendlər əsasında yenidən qurulmasını hədəfləyən strateji yol xəritəsidir.
Azərbaycanın rəqəmsal arxitekturası həm də beynəlxalq əməkdaşlıq müstəvisində möhkəmlənir. 2026-cı ilin fevralında Bakıda Azərbaycan və ABŞ arasında imzalanmış tarixi "Strateji Tərəfdaşlıq Xartiyası" bu yolda mühüm mərhələdir. Bu sənəd dünyanın aparıcı texnologiya nəhəngləri ilə birbaşa təmasların qurulması, data mərkəzlərinin formalaşdırılması və Amerika innovasiya ekosisteminin Azərbaycanın rəqəmsal infrastrukturuna inteqrasiyası üçün geniş imkanlar açır.