Eldar Mirzəliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı zəfərdən sonra Azərbaycan dünya ölkələri arasında öz mövqeyini daha da möhkəmləndirdi. Ölkə başçısının həyata keçirdiyi müstəqil siyasətin nəticəsidir ki, dövlətimiz bu gün davamlı olaraq inkişaf edir, güclənir, yeni - yeni uğurlara imza atır. Müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz tarixinin yeni və yüksəlişə doğru gedən şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş bütün sahələri əhatə edir.
Regionların inkişafı dövlət başçısının hər zaman xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə müxtəlif layihələr hazırlanaraq həyata keçirilir. 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən layihələr, Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan böyük bərpa və quruculuq işləri ilə yanaşı, digər şəhər və rayonlarımızın inkişafı da öz prioritetini itirməyib. Bütün bu işlərə dövlət başçımız özü birbaşa nəzarət edir.
Ölkəmizdə görülən abadlıq – quruculuq işləri ilə paralel, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin önəmli fəaliyyət istiqamətlərindəndir. İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatı sahələrinin canlanması, turizmin və digər sahələrin inkişafı həm yeni iş yerlərinin açılmasına, həmçinin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. Təəssüf ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığı üçün bu proses qismən gecikir.
Kapitulyasiya aktı imzalamasına baxmayaraq 3 avqust 2022-ci il tarixdə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri - qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror - təxribat əməli törətdilər. Azərbaycan əsgəri Anar Kazımov şəhid oldu. Ordumuz dərhal «Qisas» əməliyyatı keçirərək dəmir yumruğun yerində olduğunu və Azərbaycan ordusunun öz ərazilərinin təhlükəsizliyinin və bütövlüyünün hər zaman təminatçısı olduğunu yenidən nümayiş etdirdi. Bu əməliyyat hər kəs üçün kiçik bir xəbərdarlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist erməni terrorçuları bundan dərs çıxaratmalı, Ermənistan hökuməti isə daha məsuliyyətli olmalı və sülh prosesini uzatmamalıdır.
İnanırıq ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək və Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası, qeyri – qanuni erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı ciddi addımlar atacaqdır. Əks halda Şanlı Azərbaycan Ordusu yenidən anti – terror əməliyyatları həyata keçirməli olacaqdır.