Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasındakı dostluq əlaqələri yarım əsrdən artıq tarixə malikdir

Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Vyetnam Sosialist Respublikasının rəhbəri cənab Lamın Azərbaycana bu ilki səfəri bu münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları Vyetnam xəbər agentliyinə müsahibəsində qeyd etdi, ki Azərbaycan Vyetnam əlaqələrinin əsası hələ 1959 cü ildə qoyulub.O zaman Vyetnam Demokratik Respublikasının prezidenti Xo Şi Min Azərbaycan SSR də səfərdə olub.1983 cü ildə , o zaman SSRİ Ali Soveti sədrinin I müavini olan ümummilli lider Heydər Əliyev Vyetnama dövlət səfərində olub.1981 ci ildə SSRİ nin köməyilə yaradian "Veso Petrol" müstərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olmuşdur. Dövlət başçısı qeyd etdi ki, sovet dövründə Azərbaycanda 5000 ə yaxın vyetnamlı tələbə təhsil alıb.Onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında mühüm vəzifələr tutur.
Azərbaycan prezidenti vyetnamlı tələbələrin yenidən Azərbaycana təhsil almağa gəlməsinə yalnız şad olacağını bildirdi. Vyetnamla Azərbaycan arasında ilk diplomatik münasibətlər 1992 ci ildə yaradılmışdır.2013 cü ildə hər iki ölkəyə qarşılıqlı səfirlər təyin edilib. Prezident İlham Əliyev cənablarının Vyetnama ilk səfəri isə 2014 cü ildə baş tutmuşdur. Bu zaman prezidentin vaxtilə Azərbaycanın ali məktəblərini bitirmiş keçmiş məzunlarla görüsü keçirilmişdir.
Eyni zamanda Vyetnam Kommunist partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq da genişlənməkdə, parlamentlərarası əlaqələr inkişaf etməkdədir.Azərbaycanla Vyetnam arasında gömrük, turizm, nəqliyyat, neft-qaz , kənd təsərrüfatı, idman sahəsində coxşahəli əməkdaşlıq bunun bariz nümunəsidir.Prezident vurğuladı ki, hər iki ölkə "Bloklara Qoşulmama hərəkatı" və BMT çərçivəsində də əməkdaşlıq edir.2015-ci ildə "Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası" təsis edilib.
2024 cü ildə hər iki dövlət arasında ticarət dövriyyəsinin ümumi həycmi 223 milyon dollardan artıq olmuşdur.Heydər Əliyev fondunun yardımı ilə 2018 ci ildə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla layihələr həyata keçirilir.Sonda prezident ümidvar olduğunu bildirdi ki, Azərbaycan - Vyetnam əlaqələri bundan sonra artan templərlə davam edəcək.