Azərbaycan neokolonializmin ifşasında yeni mərhələ açdı
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi
"Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlət başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
Burada, təbii ki, hədəf Fransadır. Maraqlıdır, bu qəti bəyanat Fransanın müstəmləkə siyasətinə necə təsir edəcək? Bu istiqamətdə aparılan ümumi və sistemli iş Fransanın müstəmləkə siyasətinə güclü zərbə vuracaq. Biz nəzərə almalıyıq ki, Azərbaycana qarşı təhdid və qarayaxmaların başında Fransa dayanır. O cümlədən, erməni lobbisi ilə əlaqədə olan bəzi Avropa ölkələrinin hakimiyyətləri, dairələr bu işin içindədir. Fransada nəinki islamafob, Azərbaycanafobiya meylləri də güclənib. Biz uzun müddətdir belə hallara qarşı mübarizə aparırıq.
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il müddətində biz bu sahədə çox böyük işlər gördük. Xüsusən də Fransanın neokolonializm siyasəti ciddi şəkildə tənqid olundu. Artıq bir neçə Afrika ölkəsi neokolonializm siyasətindən xilas olub. Ötən il Azərbaycan təhlükəsizlik orqanları tərəfindən bir neçə Fransa kəşfiyyatçısının ifşa olunması ciddi uğurdur. Bu səmərəli işin sayəsində Fransa xüsusi xidmət orqanlarına, onların buradakı şəbəkəsinə ağır zərbə vuruldu. Onlar təkcə Azərbaycanda yox, Gürcüstanda, Moldovada ifşa edildilər. Hətta onların Qərbi Afrikadakı agentura şəbəkəsi ifşa olundu. Bu da tarixdə bir ilk idi.
Bir sözlə, Azərbaycanın səyləri sayəsində Fransa çox ağır zərbə aldı. O üzdən, Paris bizə qarşı getdikcə daha çox qərəzli və aqressiv mövqedən çıxış edir. İmkan düşən kimi, müxtəlif platformalarda Azərbaycanı hədəf alır, bizə qarşı qərəzli bəyanatlarla çıxış edir. Elə bunun nəticəsidir ki, Fransa jandarmeriyasının generalı Ermənistan sərhədindən bizə binoklla baxmağa məcbur olur. Azərbaycanın apardığı siyasət nəticəsində Fransanın Burkina Fasoda 4 agenti ifşa olundu və ölkədən çıxarıldı. Artıq bir neçə ölkədə də Fransanın müstəmləkə siyasətinə qarşı proses başlayıb.
Fransanın prezidentləri ifşa edilərək ölkələrdən çıxarılır. Bu işdə də başlıca rolu Azərbaycan dövlətinin Fransanın neokolonializminə qarşı apardığı uğurlu siyasət oynayır. Biz öz əməlimiz və siyasətimizlə onları ifşa etməliyik. Biz neokolonializm siyasətinin ifşasında İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edirik. Bundan sonra Türk Dövlətləri Təşkilatı ilə bu yöndə əməkdaşlıq etməliyik. Bu istiqamətdə aparılan ümumi və sistemli iş Fransanın müstəmləkə siyasətinə güclü zərbə vuracaq.