Azərbaycan həm siyasət, həm də hərb meydanında qalibdir
Türkər Məmmədov
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Cənab Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın qalib olkə olmasına dünya miqyasında bir daha aydınlıq gətirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi bu üçtərəfli görüşdə gündəmdə olan əsas məsələ sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesidir. Prezidentin apardığı uğurlu siyasət nəticəsində biz həm siyasi meydanda, həm də hərb meydanında qalibik.
Azərbaycanın ədalətli sülhün tərəfdarı olması birmənalı şəkildə danılmaz faktdır və bu məsələ Azərbaycanın dünya ölkələri arasında böyük hörmətə malik olmasına əsas verir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə iştirak etdiyi bu görüşdə əsas məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında olan gərgin münasibəti aradan qaldırmağa yönəldilmişdir. Ermənistanla Azərbaycan arasında olan sərhəd məsələləri üzrə razılıq əldə olunması həmçinin Cənubi Qafqaz və qonşu regionlar üçün də mühüm məsələdir. Hər iki tərəf sözügedən bu məsələ ilə bağlı komissiya təşkil etmək haqqında qərara gəlmişlər. Avropa İttifaqı hər iki dövlət arasında olan beynəlxalq münaqişənin həllini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında görür.
Ermənistan bilməlidir ki, onun atdığı hər addım mühüm rol oynayır. Bu o deməkdir ki, qarşı tərəf düzgün siyasət yeritməsə, dünya miqyasında böyük qlobal problemə səbəb ola bilər. Necəki 30 illik işğalla bunu edib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan üçün uğurla nəticələnən bu görüşdə Avropa İttifaqının itkin düşmüş şəxslərin axtarılmasında yardım etməsinin, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin nəzərdə tutulması Cənab Prezident İlham Əliyevin diplomatik uğurunun göstəricisidir. Nəqliyyat və kommunikasiya xətlərinin bərpası, dəmir yolu xəttinin həmçinin Ermənistan ərazisindən çəkilməsi məsələsinin artıq qüvvəyə minməsi və bu prosesin həyata keçirilməsi yaxın gələcəkdə regionun iqtisadiyyatında mühüm rol oynayacaqdır. Brüsseldə kecirilən görüşdə ‘‘ATƏT-in Minsk Qrupu‘‘ və ‘‘Dağlıq Qarabağ‘‘ ifadələrinin işlənməməsi artıq bu beynəlxalq münaqişənin həll yolunu tapdığını göstərir. Eyni zamanda da onu vurğulamaq lazımdır ki, Ermənistan tərəfinin mənfi istiqamətdə göstərdiyi hər bir cəhd uğursuz alınmışdır