Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir
Aynur Rzayeva
YAP Suraxanı rayon təşkilarının üzvü
Suraxanı rayonu, 323 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçi müəllimi
Ermənistan üzərində Şanlı Qələbə qazanan Azərbaycan Ordusu işğal altındakı əraziləri qısa müddətdə azad edərək əsl peşəkarlıq göstərib. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını minalamişdır. Bu gün, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslər həyati təhlükə qarşısındadırlar. Ermənilər azad olunmuş ərazilərdə məqsədyönlü şəkildə minalar yerləşdirməklə dinc sakinlərin xəsarət alacaqlarını bilirdilər. Hazırda hərbi obyektlərdən uzaqda belə minalanmış sahələrə rast gəlmək olar.
Mina bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı,torpaqlardan səmərəli istifadə işinə də mane olur. Minalar tank və piyada əleyhinə olur, müasir minaların müxtəlif növləri mövcuddur . Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb. Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox,onu məhz şikəst etməyə hesablanıb.
Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Azərbaycan müasir minalardan təmizlənmə texnikalardan istifadə edərək azad edilmiş ərazileri minalardan təmizlənməsi prosesini davam etdirir. Bununla əlaqədar lazımi təhlükəsizlik tədbirləri də görülür. Əfsuslar olsun ki, bölgədəki minalardan təmizlənmə səylərinə baxmayaraq, mülki şəxslər mina partlayışları nəticəsində yaralanmağa və həyatlarını itirməyə davam etdirirlər. Ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz olaraq davam etdirilir.