Fərəh Hüseynova
YAP suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. Davam edən bu tendensiya çərçivəsində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə nəticələndi. Bu dövlətimizin inkişaf edən sənaye səbəbilə zərər görən təbiətə qayğının və iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədini ehtiva edir. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək və bu nəhəng hadisə səbəbi ilə ölkəmizdə xeyli görüşlər baş tutur ki, onlardan biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirak edən Albaniyanın baş naziri Edi Rama ilə baş tutan 1 mart 2024-c ü il tarixli görüş oldu.
Görüşdə İlham Əliyev Azərbaycan və Albaniyanın iki dost ölkə olduğunu, ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini və olduqca fəal siyasi dialoqumuz olduğunu vurğulayaraq hər iki ölkənin bir-birini beynəlxalq təsisatlarda dəstəkləyini dedi:”Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir”.
Əməkdaşlığın yeni perspektivləri isə enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edir.Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur.
Görüşdə İlham Əliyev bildirmişdir ki, Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.Eyni zamanda “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi sayılan “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək.
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Ölkə Prezidenti həm də onu vurğulamış ki, “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. “
İnkişaf edən dünyanın ən böyük problemlərindən biri olan iqlim dəyişikliyi və buna sənayenin də güclü təsirini nəzərə alaraq Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. “Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.” Söyləyən İlham Əliyev alternativ enerji mənbələrinə müraciət,enerji resuslarının siyahısını artırmaq məqsədilə inşa olunan Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır.
Albaniya baz naziri ilə görüşündəİlham Əliyev diqqətə çatdırmışdır ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır.
Prezident İlham Əliyev imza atdığı bu nəhəng beynəlxalq layihələrin gerçəkləşdirilməsi zamanı önəmli olanın qazanmaq deyil, zərər vurmadan, bərpa edərək və ədalət prinsiplərini qorumaqla təşkilinə önəm verdiyini bildirərək qeyd etmişdir: “Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər.
Mürəkkəb siyasi məkanda, konfliktlərin və xarici təzyiqlərin mövcud olduğu şəraitdə sülhün və əmin-amanlığın qoruyucusu olan İlham Əliyev qonağın diqqətinə onu da çatdırmış ki,iqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik. “Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.”
Dünyaya səs alan dövlətimizin iqtisadi, siyasi və sosial sahələrdə daha mükəmməl, səliqəli şəkildə yürütdyü siyasəti hər kəs kimi mən də heyranlıqla izləyirəm və qürür hissi keçirirəm.Yaşasın yaşıllaşan, çiçəklənən Vətənimiz!