Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır

Qəribə Həsənova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 331 saylı körpələr evi və uşaq bağçasının müdiri

2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə keçirilən görüşlər və verilən bəyanatlar iki tərəf arasında münasibətlərin perspektivləri, regional təhlükəsizlik məsələləri, enerji əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər mövzular baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Görüş zamanı Prezident İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illər ərzində formalaşmış əməkdaşlıq münasibətlərindən bəhs etmiş və bu münasibətlərin qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamışdır. Xüsusilə enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Prezident həmçinin bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri enerji layihələri regionun iqtisadi inkişafına və ölkələr arasında əməkdaşlığın genişlənməsinə ciddi töhfə verir. Bəyanatda qeyd edilmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Prezident İlham Əliyev xüsusilə enerji, nəqliyyat, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni mühüm nəqliyyat və logistika mərkəzinə çevirir və bu baxımdan Avropa ilə Asiya arasında əlaqələrin inkişafında Azərbaycan mühüm rol oynayır. Görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə edilmişdir.

Prezident İlham Əliyev regionda davamlı sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd etmiş, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət barədə məlumat vermişdir. O vurğulamışdır ki, Azərbaycan regionda sülh və əməkdaşlığın tərəfdarıdır və bütün problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyir. Bu baxımdan Avropa İttifaqı ilə dialoq və əməkdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin bu səfər zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişaf perspektivlərini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər iki tərəf arasında dialoqun gücləndirilməsinə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi dəyərləndirilir.