AXCP – yenədə öz məkirli siyasətlərini həyata keçirmək üçün çalışır
Şahvələd Əhmədov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan xalqının xüsusən Azərbaycan Respublikasının Prezidenti, Ali komandanın başçılığı ilə xalqımız böyük qələbə əldə etdi. Nəticədə Azərbaycan torpaqları tam bərpa olundu. Bu xalqımızın tarixində ən böyük nailiyyətidir. Son dövrdə baş verən bu dəyişikliklər imkan verdi ki, 2024-cü ildə fevralın 07-də növbədənkənar seçkiləri keçirilsin.
Dünyada öz demokratik prezident seçkisi ilə seçilən Azərbaycan indi də, seçkidə bərabər imkanlar prinsipini elan etdi. Xalqımızı böyük nailiyyəti dəyərləndirən partiyalar öz namizədliyini irəli sürürlər. Həmişə olduğu kimi AXCP – yenədə öz məkirli siyasətlərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirməyə çalışırlar. AXCP-nin 16 dekabr bəyanatında verdikləri boykot çağırışı siyasi acizlikdən başqa bir şey deyil.
Yarandıqları gündən indiyədək dövlətimizə xalqımıza onların heç bir xeyiri dəyməyib. Həmişə məğlub olan özlərini müxalifət adlandıran AXCP və başqaları yenə məğlub olacaqlar. Bir həqiqəti başa düşmək lazımdır ki, dünya liderləri arasında öz yeri olan İlham Əliyev əsirlərlə əsarətdə olan torpaqlarımızı bərpa etdi. Bir seçkiyə ən azı bu bəs edər. Dövlətimiz yeni yeni nailiyyətlər əldə edir. 2024-cü ildə iglim dəyişikliyi ilə əlaqədar COP – yığıncağına Bakıya 70-80 min xarici nümayəndə gələcək.
Onsuzda dövlətimizin inkişafını istəməyən qaraqurucular məğlub olacağlarını başa düşüb hayküy edirlər. Azərbaycan xalqı öz Prezidentini sevir, onun gördüyü misilsiz işləri dəyərləndirir. Ona görə 2024-cü il fevralın 07 də öz səslərini yekdilliklə İlham Əliyevə verəcək. Bu qələbəni bayram kimi qeyd edəcək.