Avropanın enerji təhlükəsizliyinin qarantı səvəyiyyəsinə yüksəlmiş Azərbaycan adı uğurlu xarici siyasətin bəhrəsidir.

Avropanın enerji təhlükəsizliyinin qarantı səvəyiyyəsinə yüksəlmiş Azərbaycan adı uğurlu xarici siyasətin bəhrəsidir.

Fərəh Hüseynova 

YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru

Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə də Avropa dövlətləri ilə siyasi- iqtisadi münasibətlərin qurulması xarici siyasətdə prioritet təşkil etmişdir. Avropa dövlətləri arasında xüsusi ilə diplomatiyanın beşiyi olan İtaliyanı Azərbaycanla təbiət özü uyğunlaşdırmışdı. Belə ki, eyni coğrafi paraleldə yerləşən bu məkanların insanlarının da oxşarlığı çoxdur.

Müstəqil Azərbaycanın xarici siyasətində yeni diplomatik səhifə açan Ulu Öndər Heydər Əliyev İtaliya-Azərbaycan əlaqələrinin möhkəmləndiriməsinə xüsusi töhfələr vermişdir. Sələflərinin yolunu şərəflə davam etdirən İlham Əliyev Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin 30-cu ilində bu ölkəyə yenidən işgüzar səfər etdi. Cari ilin 1-2 sentyabrda baş tutmuş işgüzar səfərdə tarixi əhəmiyyətli layihələrin detalları açıqlandı. İşğala məruz qalması, müharibə vəziyyətində olmasına baxmayaraq bu gün Avropanın enerji təhlükəsizliyinin qarantı səvəyiyyəsinə yüksəlmiş Azərbaycan adı uğurlu xarici siyasətin bəhrəsidir. Bu dəfəki İtaliya səfəri də xeyli məhsuldar olmuşdur. Belə ki,uzaqgörən dövlət başçımız siyasi, iqtisadi, mədəni sahələrdə böyük işlərin davam etdirilməsi, yenilərinin yaradılmasına nail oldu.

 

İlham Əliyev İtaliyaya səfərinin ilk günü Azərbaycanın bu ölkədəki səfirliyinin yeni binasının açılışında iştirak edib. Elə həmin möhtəşəm binada Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak edib. Romada İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü olub. İkinci dəfə görüşməklərindən məmnunluq hissi keçirən dövlət başçıları ziyafət masası arxasında söhbətlərini davam etdirmişlər. Eyni zamanda sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub. Bütün görüşlərin tənətənli qarşılanma mərasimləri ilə başlanması ölkəmizin, dövlət başçımızın yüksək nüfzunun göstəricisi sayılır.

Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edən İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərinin 2-ci günü də xüsusi əhəmiyyətə malik bir gün oldu. Romadan sonra Çernobbio şəhərində davam edən rəsmi işgüzar səfərdə İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib. Hər dəfə olduğu kimi bu dəfə də mediaya müsahibəsi dövlət başçısı diplomatik dərs verdi sanki. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Xarici siyasətində güclü, öz ayaqları üzərində dayanmış  Azərbaycanın mövqeyini dünya miqyasında artırmaq missiyası daşıyan dövlət başçımız həm siyasi, həm də iqtisadi müstəqilliyimizin bariz nümunələrini toplantı iştirakçılarının nəzərinə çatdırmışdı: “Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu səfəri də ölkəmizin xoşbəxt  gələcəyinə hesablanmış bir addım oldu. Nəinki regionda qitə miqyasında Azərbaycan dövlətinin artan əhəmiyyətini sübut etdi.