"Avropa Siyasi Birliyi”nin IV Zirvə toplantısında ölkəmizə olan böyük maraq

"Avropa Siyasi Birliyi”nin IV Zirvə toplantısında ölkəmizə olan böyük maraq
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının sədr müavini
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, II Qarabağ müharibəsi Qazisi
İyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfərə gəlib. Prezident İlham Əliyev səfər çərçivəsində bir sıra Avropa dövlələrinin başçıları ilə görüşlər keçirib, Oksforddakı Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada və toplantısının bağlanış plenar sessiyasında iştirak edib.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb.
Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib. “İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, – deyə dövlətimizin başçısı əlavə edib.
Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdən biridir. Azərbaycan yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni edir. Bu, ölkənin strateji hədəfidir və Prezidentin çıxışı bu istiqamətdə Azərbaycanın qətiyyətini təsdiqləyir. Azərbaycanın mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışması da vacib məqamdır. İtaliya Azərbaycanın əsas qaz təchizatçılarından biridir və bu ölkəyə təchizatın 9 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması tələbatın nə qədər böyük olduğunu göstərir.
Enerji sahəsində tarixi nailiyyətlər də diqqət çəkir. Azərbaycan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə onu istismara verib. Bu, Azərbaycanın enerji sektorunda mühüm addımlar atdığını və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir. Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkənin enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji siyasətinin davamlı və sabit inkişafını təmin edir.