Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı
ABŞ-in keçmiş prezidentlərdən biri daim dövrü mətbuatı izləyirmiş. Bir neçə gün tənqid olunmadığını görəndə xeyli təəccüblənir və soruşur ki, yəni biz işləmirik? Ətrafdakıların başa düşmədiyini görüncə aydınlaşdırır ki, iş varsa, tənqid edənlər də tapılacaq. Bəlkə də yazının bu girişini uğurlu hesab etmək olmaz. O səbəbdən ki, tənqid də var, tənqid də. Yəni bir var sağlam tənqid, bir də var qərəzli tənqid. Həm də bir var dost tənqidi bir də var, qoy olduğu kimi deyək, düşmən tənqidi.
Adı Avropa şurası, özü isə əslində bir xristian klubu olan bu qurumun qərəzli davranışını başa düşmək o qədər də çətin deyil. Ona görə ki, bu kiçik dövlətlərə və xalqlara yuxarıdan baxmağa adət ediblər. Bu xislətin sahibi olanlara başqalarının uğurlarını həzm etmək çox çətindir.
İradəsini sındıra bilməyəcəklərini görüncə başqa yola əl atdılar. Bizim öz tarixi ərazilərimiz barədə düşünməyimizə belə imkan vermək istəmirlər. Avropada altı milyondan çox yəhudini, Afrikada milyon yarım günahsız ərəbi qətlə yetirənlər indi özlərini başbilən hesab edib insan hüquqlarının müdafiəsi cildinə giriblər. Yaxşı, ay müdafiəçilər, bəs bir milyona yaxın azərbaycanlı əsir-yesir olanda harada idiniz?! Biz əvvəldə bu quruma “xristian klubu” dedik və belə dediyimizə peşman deyilik. Çünki onlar on illərdir Azərbaycanın bir nömrəli müttəfiqi olan Türkiyəni AB-yə buraxmırlar. Niyə? Özləri yaxşı bilir niyəsini!
Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı dözümlü xalqdır. Biz hər çətinliyə dözəcəyik. Zatən heç bir çətinlik də olmayacaq. Çünki biz zamanında başımıza nələr gətiriləcəyini nəzərə alaraq ləyaqətli müttəfiqlər aramışıq. Qoy nə qərar qəbul edirlərsə, etsinlər. Fikrimiz yanlış anlaşılmasın. Biz qızğın başla danışan avantüristlər yox, ağılla düşünən proqramatiklərik. Ona görə də haqq yolunda olduğumuzu bilirik. Fikrimizi xalqının gücünü yaxşı bilən möhtərəm prezidentimiz İlham Əliyevin sözləri ilə tamamlayırıq: "Heç kim bizimlə güc dili ilə danışa bilməz!"