Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Dovlətin əsas qanunu olan Konstitusiyanın ilk yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə mayın 19-da Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-1978-ci illər ərzində Konstitusiyamıza müxtəlif dəyişikliklər və əlavələr olunsa da əsl tarixi dəyişiklik 1978-ci il aprelin 2 -də Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cu maddə-“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” adı ilə əlavə olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul olundu. Burada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması kökü çox uzaq keçmişə gedib çıxan dilimizin həyatımıza yeni qayıdışı Ümummilli lider Heydər Əliyevin Azərbaycana qarşı göstərdiyi ən böyük xidmətlərdən biridir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul ediləndən sonra noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın dövlətimizin tarixində böyük rolunu nəzərə alaraq. Ulu Öndər Heydər Əliyev 1996-ci il 1 noyabr tarixli Fərmanına əsasən noyabrın 12-i Konstitusiya günü kimi qeyd olunur.
Bəs müstəqil dövlətimizdə demokratik şəkildə təsdiq edilən Konstitusiya-dovlətin əsas sənədi xalqımızın taleyində hansı müstəsna rola malik oldu?
- Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində hüquqi baza yaratdı və onun inkişafında güclü təkan oldu;
- Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
- İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu.
- Azərvaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyllərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün bir təsisatın-konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolunu müəyyənləşdirdi.
Konstitusiya qüvvəyə minəndən indiyə kimi müxtəlif illərdə ayrı-ayrı əlavə və dəyişikliklər olunmuşdur. Xalqımızın rifahına xidmət edən Ali Qanun dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətini bərqərar etmək, bazar iqtisadiyyatının formalaşmasına xidmət etməyi əsas vəzifə kimi yerinə yetirən bir sənəddir.
2016-ci il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olundu. Bununla da Ali Hakimiyyət orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə və vətəndaşların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin edilməsinə və məsuliyyətin artmasına nail olundu.
Hər zaman xalqının yanında olan Ümummilli Liderin yolunu vicdanla yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə yaranan demokratik şərait hər bir azərbaycanlını dövlətimizin ali qanunlarına riayət etməyi, insan hüquq və azadlıqlarının qorunması prinsipi ilə yaşamağı özünə borc bilməyi bir həyat devizi kimi qəbul etməyə səsləyir.
Yaşasın Müstəqil Azərbaycan! Var olsun Ali Baş Komandan İlham Əliyev!