Ağdamın Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti tərəfindən icra olunacaq
Mehriban Həbibova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 saylı tam orta məktəbin müəllimi
Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində Səfirliyi 2023-cü ildə təsis edilmişdir.
İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib.
Bu ilin 7 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər. Çıxışın əvvəlində qonaqları salamlayan Prezident bu günü Slovakiya və Azərbaycan əlaqələrinin tarixində çox mühim gün adlandırmışdır, bu ölkə ilə əlaqələrimizdə yeni səhifənin açılmasından və müştərək yolumuzun çox uğurlu olmasına ümidvar olmasından danşışmışdır. Bəyanatda Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim Slovakiya ilə əlaqələrimiz yüksək səviyyədədir və imzalanmış sənədlər çox əhəmiyyətlidir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə imzalanmış Azərbaycan-Slovakiya sənədləri bunlardir: “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığıyaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.
Prezident müdafiə və müdafiə sənayesinə aid imzalanmış sənədləri xüsusi qiymətləndirdi, birgə istehsal sahəsində əməkdaşlığın başlayacağını da bildirdi. Bəyanatda qeyd edilmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarli yollarla ixrac edir, Avropaya təhcizat 2021- ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümümi qaz ixracının 50 faizini təşkil edir. Bizim planımız 2027- ci ilə qədər 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.
Görüşdə ticarət dövriyyəsinin artırılmasından, Slovakiya Azərbaycan arasında keçirilmiş biznes forumundan və onlarla slovakiyalı iş adamının Azərbaycanda olmasından da danışıldı. Azad olunmuş ərazilərdə Slovakiya şirkətlərinin fəaliyyət göstərəcəyi, Ağdamın Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti tərəfindən icra olunacağı, Slovakiyalı mütəxəssislər tərəfindən “Ağıllı kənd” ,”Ağıllı şəhər” konsepsiyası əsasında görüləcək işlərdən söhbət açıldı.
Prezident çıxışının sonunda hər iki dövlətin süverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarəsindən danışdı və eyni zamanda ikinci dəfə baş nazir seçilmiş cənab Fitsonu təbrik etməyi də unutmadı. Nazir də öz çıxışında əməkdaşlığımızın cox qiymətli olmasından və Azərbaycana səfərindən, Prezidentimizlə görüşündən məmnun olduğunu və imzalanmış sənədlərin, qarşılığlı əməkdaşlığın onun ölkəsi üçün çox əhəmiyyətli olmasından danışdı.
Biz ölkəmizin və Prezidentimizin uğurlarına daim sevinirik, və bundan sonra da yolumuzun daim uğurlu olacağına əminik, çünki Azərbaycanı uzaqgörən və müzəffər lider idarə edir!!!!