Ağdam Qafqazın Xirosimasıdır

Ağdam Qafqazın Xirosimasıdır
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri, Suraxanı rayonu 141 nömrəli tam orta məktəbib direktoru

Qalalar özümüzə məxsus olanı, doğma yurdu qorumaq üçün tikilən hər daşı dil açıb danışan tarixdir. Bu qalalar dünənimizin, keçmişimizin tarixidir. Xalqın daş yaddaşıdır, tarixin pozulmayan möhürüdür. Amma tarixin elə gərdişləri olur ki, daxildəki düşmən, xaricdəki ilə əlbir olanda bu müdafiə obyektləri zəbt edilir. Azərbaycan da bədnam qonşusunun əsassız torpaq iddiaları ilə 100 ildən çoxdur mübarizə aparır. Son 30 ildə isə Ermənistan təcavüzkarlığı ilə yanaşı Qarabağda vandalizmin ən bariz nümunəsini göstərmişdi.

Şanlı qələbəmizdən sonra Azərbaycan hakimiyyətinin ən öndə duran problemləri məhz işğaldan azad edilmiş torpaqların yenidən qurulmasıdır. Bu müstəvidə davam edən tədbirlərdən biri də 2022-ci il 5, 6 oktyabr tarixində Ağdamda baş tutmuş Milli Şəhərsalma Forumu oldu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə  “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezident İlham Əliyev BMT nümayəndəliyinə yenidən erməni vəhşiliklərini izah etmiş, beynəlxalq qurumlara dəfələrlə işıqlandırılmasına baxmayaraq erməni terrorunun hələ də davam etdiyini xüsusi vurğulamışdı: “Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.”

Həmçinin ölkə Prezidenti Böyük Qayıdış çərşivəsində dinc şərait üçün quruculuq işlərinin aparılması zamanı ermənilər tərəfindən basdırılmış minalarların  hələ də Azərbaycan vətəndaşlarının həyatına son qoyduğunu demiş, öz yurd-yuvasına qayıdacağı günü səbrsizliklə gözləyən insanların vəziyyətini belə gördükdə necə mənəvi zərbə aldıqlarının forum iştirakçılarının diqqətinə çatdırmışdı.

ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən söz açan İlham Əliyev bu dağıntılara heç bir hüquqi qiymət verilmədiyini demişdir: “Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.

Azərbaycan Prezidenti bütün ədalətsizliklərə baxmayaraq göz yumulmuş bu fəlakətlərin bərpasını öz gücümüzlə bərpa etdiyimizə, bunu daha yüksək səviyyədə davam etdirəcəyimizi forum iştirakçıları qarşısında söz verərək, tezliklə sülhə nail olunacağını diqqətə çatdırmış, müasir infrastruktur layihələrin nəinki region eləcə də beynəlxalq əhəmiyyətli olacağından danışıb. Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycan vətəndaşı sayıldığını vurğulayan ölkə Prezidenti hər bir vətəndaşın rihafı üçün çalışdığını qeyd edib: “Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.”

Bütün Azərbaycan ictimaiyyəti kimi dövlətimizin Böyük Qayıdışa səfərbər qüvvələrindən biri olmağa tam hazıram bu işdə ölkə rəhbərliyinə bol-bol uğurlar arzulayıram