Prezident İlham Əliyevin ən böyük töhfəsi “Dəmir yumru” ətrafında birləşdirdiyi milli təfəkkürlü xalqdır

Prezident İlham Əliyevin ən böyük töhfəsi  “Dəmir yumru” ətrafında birləşdirdiyi milli təfəkkürlü xalqdır

Dilşad Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon 3 saylı Doğum evinin neonatoloqu

Prezident İlham Əliyev 15 oktyabr 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras dövlət strukturları bərpa edilmiş Azərbaycan idi. Bir çox işlər Ulu Öndər tərəfindən icra olunsa da  digər tərəfdən məğlub edilmiş torpaqlarının 20%-i işğal olunmuş Azərbaycanı yenidən dirçəltmək lazım idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Prezidentin 19 illik hakimiyyəti xalqımıza uğurlar gətirməkdə davam edir. Bütün dünya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə onların təzyiqlərinə rəğmən torpaqlarımız işğaldan azad edildi. İlham Əliyevin düzgün strategiyası əsasında Azərbaycan dünyada qalib dövlət kimi tanındı. İlham Əliyev haqlı olduğumuzu sübuta yetirə bildi.

Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Əgər 2003-cü il xalq doğru qərar verməsəydi biz qalib xalq olmaya bilərdik. Cənab İlham Əliyev dünyaya göstərdi ki, mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbirstanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar.

Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası yollarının çəkilməsi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin ən böyük töhfəsi “Dəmir yumru” ətrafında birləşdirdiyi milli təfəkkürlü xalqdır.

İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Qazanılan parlaq qələbənin simvolu sayılan “Zəfər” yolu istifadəyə verilib. İşğaldan azad olunan Füzuli rayonunda yenidənqurma, tikinti və quruculuq işləri gedir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. Zəngilanda Ağalı kəndində “Ağıllı kənd” tikilib məcburi köçkünlərin istifadəsinə verilib. Artıq Ağalı kəndinin sakinləri öz doğma yurdlarına qovuşublar. Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçında infrastrukturlar yenidən qurulur. Tezliklə bu ərazilərin sakinləri doğma yurd-yuvalarına qayıdıb normal həyatlarını bərpa edəcəklər.

Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işinə başlanıb.