Abşeron  yarımadası üçün   duzsuzlaşdırma    zavodunun  tikintisi   olacaq

Abşeron  yarımadası üçün   duzsuzlaşdırma    zavodunun  tikintisi   olacaq

 Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

2026- 2035-ci illəri əhatə  edən  Dövlət  Proqramına   həsr   olunmuş  müşavirdə   çıxış edən  Prezident  İlham  Əliyev   Bakı şəhəri      Abşeron  yarımadasında   su  təchizatı,   tullantı     yağış  suları   sistemlərinin   təkminləşdirilməsinə   diqqət  çəkmişdi.  Yanvarın  12-də   Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyevin   sədirliyi ilə  müşavirə  keçirildi. Bu  müşavirə   təkcə kommunal təsərrüfatının  yenilənməsi  kimi deyil,  ölkənin  su  təhlükəsizliyi və şəhər  dayanıqlığı   baxımından   yeni  mərhələnin   başlanğıcı  kimi  qiymətləndirilə  bilər. Bakı  şəhəri,  onun qəsəbələri, Sumqayıt və  Abşeron  rayonu  dayanıqlı, fasiləsiz  və keyfiyyətli  içməli   su ilə   təmin etmək, eyni  zamanda  tullantı   sularının təmizlənməsini,  kanalizasiya  şəbəkələrinin   genişləndirilməsi    leysan  sularının    idarə  olunmasını  yeni standartları tədbiq etmək əsas məqsəddir. 

Bütün  bu  işlərlə  bağlı  Prezident  İlham  Əliyev sərəncam imzalayıb. Sərəncamla  Nazirlər   kabineti   Dövlət  Proqramında  nəzərdə   tutulmuş   tədbirlərin   həyata    keçirilməsini   əlaqələndirməli və  icrasına   nəzarət  etməlidir. Dövlət  proqrmında   nəzərdə  tutlan  tədbirin icra   vəziyyəti  barədə  ildə  bir  dəfə   Azərbaycan  Respublikasının   Prezidentinə  məlumat  verilməli,   bu  Sərəncamdan   irəli    gələn  digər  məsələləri  həll etməlidir..

Son 20  ildə  ölkənin  enerji, yol, qazlaşdırılması    elektrik  təminatı  kimi  əsas   infrastruktur   sahələrinin  tamamı   ilə  yenilənməsi  fonunda  su  təhlükəsizliyi  problemi dövlətin  uzunmüddətli   inkişaf    gündəliyində   prioritet  mövqeyə malikdir.

Prezidentin  vurğuladığı  kimi, Bakının    su  problemi    təkcə  istehlak  artımı   ilə  bağlı  deyil, həm də  itkilərin   yüksək  olması,   mövcud  resusların  mövsümü  aslılıq   göstərməsi    iqlim  dəyişikliyinin    yaratdığı  qeyri- müəyiyənliklə  əlaqəlidir.

Bu  baxımdan  2026-2035-ci illəri   əhatə  edən  yeni  Dövlət  proqramının  qəbul  olunması  su  sektorunun  təkcə  yenilənməsi  deyil, əsaslı struktur  transformasiyasını   nəzərdə tutur. Bütün bunlar  və daha  dəyərli fikirləri  Prezident  İlham Əliyev  Bakının  və Abşeron   yarımadsının   su  təchizatı  ilə  bağlı   müşavirdəki  çıxışında bildirdi. Təkcə  texniki   infrastrukturu  məsələlərinin  sadalanması  deyil,  Azərbaycanın  gələcək  resurs   idarəçiliyində  yeni   strateji  yanaşmanın  nümayişidir.

Çıxışı  zamanı  Prezident  bildirib  ki, daxili  su  ehtiyatının böyük  hissəsinin  azad edilmiş  ərazilərdə  formalaşması  Azərbaycanın  bu  sahədə   illərdir   mövcud  olan  aslılığı  azaltdı. Su  anbarlarının  yenilənməsi, 30-a yaxın  yeni anbarın tikilməsi,  yağış  sularının   idarə   olunması  üçün kollektor  sistemlərinin  qurulması, kanalizasiya layihələrinin   95  faiz  əhatəyə  çatdırılması     ilk dəfə  olaraq   Xəzər  suyunun     duzsuzlaşdırılması   kimi addımlar  ölkənin  su   mənbələrinin diversifikasiya  etmək   niyyətini  göstərir.

Bu  proqram   əsasən   əhalinin fasiləsiz   olaraq   içməli  su ilə təmin  edilməsinə, kənd  təsərrüfatı və sənaye  üçün  dayanıqlı   təminatına  yönlənib. Azərbaycanın  növbəti  onillikdə  milli  təlükəsizlik və  inkişaf  modelinin əsas sütunlarından   birinə  cevirəcək yeni mərhələnin başlanğıcını dəqiq yol xəritəsi, su ehtiyatlarının idarə  edilməsinə  işarədir.

Bakı və Abşeron  yarımadasında əhalinin  sürətlə   artımı, yeni  yaşayış   massivlərinin  salınması    su  və kanalizasiya    sisteminə  əlavə  yük yaradır. Bundan başqa   iqlim  dəyişikliyi   içməli su    ehtiyatını  azaldır. Buna  görə də  qənaətçil     sərfəli idarəetmə   mexanizmini yaratmaq  baxımından   bu  lazımdır. Azərbaycan dövləti qarşısındakı   illərdə   şəhər  təsərrüfatının davamlılığını təmin etməklə  yanaşı , əhalinin  yaşayış  keyfiyyətini yüksəldilməsinə  və ekoloji risklərin  minimuma    endirilməsinə  görə  2026-2035-ci illər  üzrə   Dövlət  Proqramı   məhz  bu  reallıqları   nəzərə alaraq hazırlanır.

İcməli  suyun   keyfiyyətini   yüksəltmək,  tullantı   sularını    təmizləmək, yağış   sularının sistem üzrə idarə  olunması  əsas məqsəddir.2026-2035-ci illər  üzrə  Dövlət  Proqramı  Bakı,  Abşeron    Sumqayıt   üçün   dayanıqlı  inkişafını   etibarlı    təməlini  formalaşdıracaq.

Prezidentin  çıxışı zamanı   diqqət  çəkən     məqamlardan  biri də   bu oldu  ki,  Abşeron  yarımadası üçün   duzsuzlaşdırma    zavodunun  tikintisi   olacaq.  Bu layihə  ilk dəfə    ölkədə  həyata  keçiriləçək və  sırf  xarici  investisyalar  hesabına  icra  olunacaq. Duzsuzlaşdırılmış   dəniz  suyu  suvarma  üçün   mənbə  yaradacaq.  Eyni  zamanda   Ceyranbatan su  anbarının   dayanıqlı  təminatı, Oğuz-Qəbələ-Bakı  su kəmərinin strateji   rolu, Samur-Abşeron   kanalının  infrastrukturunun  inkişafı bir  daha  öz  planına çıxır. Bütün  bunlar   olmasaydı  Bakı  şəhərinin   su  qıtlığı  daha  kəskin formada  hiss  oluna  bilərdi.

Taxta  körpü  su anbarının  tikintisini  tarixi   bir  layihədir. 270  miliyon kubmetr  su    tutumu olan   bu anbarın    xüsusi  əhəmiyyəti  ondadır ki, Samur  çayının    suları  orda   yığılır,təbii    yolla  təmizlənir, Ceyranbatan anbarına  gəlir. Əsas  məsələ  odur  ki,  Bakı  şəhərinə    keyfiyyətli  suyun  verilməsi   artıq  mümkündür.

Beləliklə də  Prezidentin çıxışı Azərbaycanın  gələçəkdə milli təhlükəsizlik və inkişaf  modelinin   əsas  dayanıqlarından  birinə çevirəçək  yəni strateji mərhələnin başlanğıçını,  su  ehtiyatlarının idarə  edilməsini işarəliyir.