“8 noyabr – Zəfər günü”nə həsr olunmuş açıq dərs keçirilib

“8 noyabr – Zəfər günü”nə həsr olunmuş açıq dərs keçirilib

5 noyabr 2026-cı il tarixində 226 nömrəli tam orta ümumtəhsil məktəbində 9 A sinif şagirdlərinin iştirakı ilə “8 noyabr – Zəfər günü”nə həsr olunmuş “Qələbəmiz əbədidir !” adlı açıq dərs keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məktəbin tarix müəllimi Məmmədov Həmzə açıq dərsin şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə təşkil olunmasını vurğuladı. Şagirdlər işğaladan azad olunmuş rayonlar haqqinda, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəhidlərin həyat yolu haqqinda araşdırma apararaq geniş məlumatlar vermişlər.

Məktəbin direktoru Arzu Məmmədova Ali Baş Komandanın rəhbərliyi altında aparılan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsi, Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsində ordumuz və dövlətimizin əldə etdiyi nailiyyətləri gənc nəslə ötürmək məqsədilə müxtəlif tədbirlərin keçirilməsini, o cümlədən bütün siniflərdə Zəfərimizin təbliği məqsədilə açıq dərslərin təşkilinin vacibliyini vurğuladı.

Sonda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi olduğunu vurğulayıb. Salman Əbdülov şəhidlərin müqəddəs xatirəsini uca tutmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirməklə yanaşı, bu şanlı tarixin gənc nəslin vətənpərvərlik tərbiyəsindəki mühüm rolunu qeyd edib.

Paylaş