27 sentyabr şəhidlərimizə dərin ehtiramın göstəricisidir

Aidə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Azərbaycan dilinə, dininə, rənginə, millətinə fərq qoyulmadan onlarla millətin, xalqın bir yerdə bərabər hüquqlu yaşadığı, tolerantlığın dünyaya nümunə olaçaq ən yüksək formasının mövcud olduğu bir ölkədir. Tarix boyu münbit torpaqlarına , təbii sərvətlərinə göz dikən yağı düşmana qarşı fədakarlıqla sinə gərən xalqımız öz torpaqlarını müdafiə etmişdir. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər.
Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, müsiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək özünləşdirmək istəmişlər. Son iki əsrdə dünyanın müxtəlif yerlərindən gətirilərək Azərbaycanın İrəvan xanlığı və digər ərazilərində yerləşdirilən ermənilər tədricən daha böyük ərazilər ələ keçirmək üçün tarixi saxtalaşdırmaqla, yerli azərbaycanlı və ümumilikdə türk xalqına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirməyə başlamışlar..
Beləcə, Birinci Qarabağ müharibəsi baş tutdu. On minlərlə ailələr, iki million insan öz yurudundan didərgin düşdü. Ermənilər Xocalı genosidini törətdilər. Yüzlərlə insanları, o cümlədən uşaq, qadın və ahılların həyatına qəsd etdilər.
Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, orumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərbə etdik. Bu gün Azərbaycan xalqı mmüzəffəır xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayaçağıq.
Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, balistik raketlərdən istifadə edirdi. Ançaq hec nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gəlirdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi.
Müharibə dözründə dəfələrlə Azərbayca xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bzi dayandırmayaçaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz 30 il davam edən beynəlxalq riyakarlıq , tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasnı qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun hərbiçiləri canları qanları bahasına Ermənistan silahlı birləşmələrinin “məğlubedilməzliyi” barədə illərdi formalaşdırdığı mifi 44 günə məhv etdi.
44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkçə düşmannı toroağımızdan qovmadıq, təkçə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.Bizim bütün şəhərlərimiz yerlə yeksan edilib, bütün tarixi abidələrimiz , məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub.67 məsciddən 65-i tamamilə dağıdılıb,qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı.
Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı , erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıraçağıq.Ona görə də bizim Qələbəmizin erməni faişizmi üzərində əldə edilmiş qələbədir. 44 GÜNLÜK Vətən müharibəsində yalnız torpaqlarımız işğaldan azad etmədik, eyni zamanda mədəniyyət beşiyimiz Şuşamıza qayıtdıq,”Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər milli-mədəni ənənələrimiz bərpa olundu.Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı.
27 sentyabr müharibədə qəhrəmancasına döyüşmüş, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.
27 sentyabr işğaldan azad edilən torpaqlarımızda Azərbaycan Bayrağının dalğalandırıldığı və milli ləyaqətimizin bərpa edildiyi gündür. 27 sentyabr xalqızımızın mübarız oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyni və onların xatirəsini uca tutduğunu göstərir.