17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar interaktiv dəyirmi masa keçirilmişdir

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar interaktiv dəyirmi masa keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar interaktiv dəyirmi masa keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.

İnteraktiv dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tibb işçilərini 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar təbrik edərək, onlar çətin və şərəfli yolda uğurlar arzulayıb. Yerli təşkilatın sədri onu da qeyd edib ki, tibb işçilər öz fəaliyyətlərini ləyaqətlə yerinə yetirməklə yanaşı, həm də ictimai həyatda çox fəaldırlar. Xüsusilə də YAP Suraxanı rayon təşkilatında təmsil olunan tibb sahəsində çalışan fəallar öz fəaliyyətləri ilə müsbət mənada fərqlənməyi bacarmışlar.

Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev çıxış edərək ölkədə səhiyyə sahəsində aparılan islahatlara toxunaraq dedi ki, yaradılmış şərait, tibb işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması həm də tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Ələkbər Tağıyev ölkə Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevanın tibb işçilərinə göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.

Bakı şəhəri 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Hacızadə də çıxış edərək bütün tibb işçilərini öz həyatlarını xalqa qurban verən fədakarlar adlandırmışdır. Uzun illər YAP üzvü kimi fəaliyyət göstərən Arzu Hacızadə tibb işçiləri olaraq hər zaman doğma partiyanın diqqət və qayğısını hiss etdiklərini vurğulamışdır.

Bakı şəhəri  23 saylı şəhər poliklinikasının operatoru, YAP Suraxanı rayon təşkilatının fəal üzvü, sosial şəbəkə fəalı Lalə Sadıqova da çıxış edərək dedi ki, bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün də uğurla davam etidirilir.

Daha sonra YAP Suraxanı rayonu təşkilatı tərərfindən səmərəli fəaliyyətinə görə bir neçə tibb işçisi təltif olunub. Sonda isə YAP-a yeni daxil olan bir qrup partiya üzvü tibb işçisinə vəsiqələri təqdim olunmuşdur.