“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bayram tədbiri keçirilmişdir
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən 43 saylı Şəhər Poliklinikasında bayram tədbiri keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 43 saylı Şəhər Poliklinikasının baş həkimi Ramella Quliyeva, Vətən Müharibəsi şəhidi Orxan Hüseynovun anası Xalidə Həmzəyeva, tibb müəssisəsinin həkim heyəti, poliklinikanın qeydiyyatında olan qəsəbə sakini olanlar uşaqlar və valideynlər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri 43 saylı Şəhər Poliklinikasının baş həkimi giriş sözü ilə açaraq uşaqları bayram münasibətilə təbrik etmiş, dövlətimiz tərəfindən hər zaman uşaqlara göstərilən diqqət və qayğını, onlara göstərilən tibbi xidmətin ildən-ilə yaxşılaşdırılması və gücləndirilməsini vurğulamışdır.
Sonra uşaqlar üçün müxtəlif əyləncəli nümunələr təqdim edilmiş, bir qrup uşaqlara hədiyyələr təqdim edilmişdir.