Ən mühüm addımlardan biri, şübhəsiz ki, ölüm cəzasının ləğvidir

Ən mühüm addımlardan biri, şübhəsiz ki, ölüm cəzasının ləğvidir
Güləsər Qulaməliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanda insan, söz və din azadlığı, dil və vicdan azadlığı, demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən şərtlərdir ki, müstəqil Azərbaycan dövlətində məhz 1993-cü ildən başlayaraq bu prinsiplər bərqərar olmağa başlamışdı.
Azərbaycan SSR-nin sonuncu Konstitusiyası 1978-ci ildə, Azərbaycan Respublikasının müstəqil Konstitusiyasını isə 17 il sonra 1995-ci ildə qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikada dövlət quruculuq prosesini təşkil etmək idi ki, dünya söhrətli siyətsətçi, Ulu öndər Heydər Əliyev bunu uğurla həyata keçirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri və mühümü Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaması və ölkəmizin dünya birliyində laiqli yer tutmasını təmin etməsi olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildə onu ən sivil və çiçəklənən bir ölkəyə çevirmişdir.
Ulu öndər Heydər Əliyev and içdiyi kimi, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı oldu. Ulu öndərin hakimiyyətə yenidən gəldiyi gündən, gördüyü işlərə nəzər saldıqda çox əhəmiyyətli bir inkişaf dialeksiyasının şahidi oluruq. Yəni, əvvəl dövləti yaratmaq sonra şəxsiyyətin ədələt mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hüquqlarına təminat verilməsi Konstitusiyanın mühüm müddəalarından biridir. Bu müddəa hüquqi yardım almaq, məhkəmədə müdafiə olunmaq, məhkəmə qərarından şikayət vermək və başqa hüqüqları əhatə edir.
“Konstitusiyanın əsas insan və vətəndaş hüqüqları və azadlıqları” adlanan 48 maddədən ibarət III fəslinin sütun mətni insana insan ləyaqətinə, insan hüqüqlarına hörmət ruhunda yazılıb. Bəşər sivilizasiyanın iki ideyasının – konstitusionalizm və insan hüqüqlarının müdafiəsi Azərbaycan Respublikasının Konstituyasında özünün layiqli ifadəsini tapmışdı.
Ən mühüm addımlardan biri, şübhəsiz ki, ölüm cəzasının ləğvidir. Bu cəza növü 10 fevral 1998-ci il tarixli qanunla təmamilə ləğv edildi. Azərbaycan Mülki və siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın II Protokoluna qoşuldu.
1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərinə düşən 1996-2003-cü illər ərzində 7 amnistiya aktı qəbul edilmişdir.
Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin konstitusion əsasları 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində daha da təkmilləşdirildi. Azərbaycanda demokratukləşmə və insan hüquqlarına riayət istiqamətində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına tam hüquqlu üzv qəbul edilib.
Prezident İlham Əliyevin dövlətimizin sürətli inkişafını yüksək qiymətləndirmək, “Mən çox şadam ki, bizim ölkəmizin inkişafı üçün hakimiyyətin sütun qolları öz töhvələrini verirlər” deməsi ölkənin digər sahələrində olduğu kimi hüquq siyasətində də nailiyyətlər əldə edildiyini bir daha sübut edir.