Zəngilanın tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 315 №-li tam orta məktəbin direktor müavini
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Erməni işğalı nəticəsində dağıdılmış infrastruktur, məhv edilmiş mədəni abidələr, xarabalığa çevrilmiş əraziləri görmüşük. Bu görüntülər bütün dünyada erməni yalanlarını ifşa edir. Heç kim öz torpağını, öz evini xarabalığa çevirməz. Heç kim həmin ərazilərdəki mədəniyyət abidələrinə zərər verərək, tarixi saxtalaşdırmaz. Bunu sadəcə barbarlar, işğalçılar, terroristlər, separatçılar edər.
Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir. Prezident İlham Əliyev Zəngilanda olarkən çıxışında demişdir: ‘’Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb. Zəngilan cənnət kimi bir yerdir.
Zəngilanı cənnət edəcəyik.”Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var. Eyni zamanda 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edilmişdir. Zəngilan rayonunda tarixi-dini abidələrinn bərpası işləri artıq başlanıb. Azərbaycan Prezidenti: Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları üçün bütün güclər səfərbər olunub. Qarşıda duran digər vəzifə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Prezident İlham Əliyev qeyd edib ki, görüləcək işlər çoxdur.
Keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə yaxın zamanlarda icra olunacaq, digər layihələrə də mütləq başlamaq lazımdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfəri və bu səfər zamanı keçirdikləri görüşlər, açılış və təməlqoyma mərasimlərində iştirak etmələri, görülən quruculuq işləri ilə tanış olmaları böyük əhəmiyyətə və təsir gücünə malikdir. Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə rayonun yenidən qurulacağını vurğuladı-məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Torpaqlarımız işğaldan azad edildikdən sonra dövlət başçısı 4 dəfə Zəngilana səfər etmişdir.
Birinci dəfə vəziyyətlə tanış olmuş, ikinci dəfə ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda elliklə çinar ağaclarının əkilməsi tədbirində iştirak etmişdir. Üçüncü dəfə Zəngilana gələrkən hava limanının təməlini qoymuş, sonuncu dördüncü dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji”ASC-nin 110/35/10 kv-luq ”Zəngilan”yarımstansiyanın açılış mərasimində, rəqəmsal yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər. Dövlət başçısı və birinci xanım Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə, Zəngilan Beynəlxalq Hava Limanında tikintinin gedişi və Ağalı kəndində həyata keçirilən ” ağıllı kənd ”layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş bütün torpaqlarda ilk olaraq ”ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Videokonfrans zamanı Prezident İlham Əliyev qeyd edib ki, digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində də bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur.