Zəngilanda müxtəlif istiqamətlərində fəal işlər gedir
Rəna Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 269 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Sentyabrın 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. İlham Əliyev mərasimdə geniş çıxış etmişdir bildirmişdir ki, forumda 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim dostluğumuzun təzahürüdür. Bizim qarşımızda duran əsas məqsədimiz işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa etməkdir. Bunun üçün də biz müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq
Bu gün 8 şəhərin və 92 kəndin Baş planı təsdiqlənib və 30 kəndin təməli qoyulub. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzində artıq biz Forum keçirdirik. Həmçinin Zəngilanda müxtəlif istiqamətlərində fəal işlər gedir.
Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar.1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Mənasız danışıqlar aparılırdı ancaq heç bir nəticəsi olmurdu
Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. İkinci Qatabağ müharibəsindən 3 il keçmişdir. Ancaq Ermənistan bizim qoyduğumuz sülh danışıqlarına müsbət cavab vermədi. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. Bu da yenidən antiterror münaqişəsinə gətirib çıxartdı. 20 sentyabrda 23 saat 43 dəqiqə müddətində Azərbaycan ordusu separatçıları darmadağın etdi. Bununla da bütün Qarabağ işğaldan azad olundu. Suverenliyimizi bərpa etdik.