Zəfər yolumuz Şuşa
Məlahət İsmayılova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Bildiyimiz kimi, Azərbaycan 27 sentyabr 2020-ci il tarixindən erməni terrorçularının terror əməliyyatına qarşı keçirdiyi anti-terror əməliyyatı zamanı ərazi bütövlüyümüz düşmən tapdağı altından azad olunması ilə başa çatdı. Çox şükür ki, şücaətli Azərbaycan ordusu və Azərbaycan xalqı birlik olaraq Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Məhz bunun məntiqi nəticəsidir ki, 44 günlük müharibədə zəfərə gedən yolda Azərbaycan Prezidentinin daxili və xarici siyasəti xalq hakimiyyət və ordu birliyi sayəsində bu zəfərə nail olduq. Bir-bir itirdiyimiz rayonları düşməndən geri qazanaraq onların istər ordusu, istər lobbisini darmadağın edən azərbaycan tək ermənistana deyil dünyaya gücün sübut elədi.
Məlumdur ki,Şuşa şəhəri azərbaycanımızın mədəniyyət beşiyi, dahi şəxsiyyətlər oylağı və hər zaman dilbər guşələrimizdən biri olmuşdur.Himnimizin musiqisini bəstələyən Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski və bir çox dahi sənətkarlarımız gözəl Şuşamızda dünyaya göz açmışdır.Bu cür gözəl yurdumuz çox təəssüflər olsun ki, 30 ilə yaxın erməni təcavüzkarlarının tapdağı altında qalmışdır.
44 günlük zəfər yolumuzda Şuşanın alınması bunu göstərdi ki,bizim ordumuz erməni mənfurlarını məhv edərək xalqımın gözəl guşəsi Şuşanı azad elədi.Həqiqətən də bu tarix 8 noyabr 2020-ci il Şuşamızın azad olunma tarixi çox əlamətdar bir gündür.Bu tarixdə cənab prezidentin öz xalqına verdiyi bu cür xoş xəbər göstərdi ki,xalqın ali baş komandana güvənməsi və ali baş komandanın xalqın etimadını hər zamankı kimi doğrultmasını və öz ata vəsiyyətini yerinə yetirməsi bir daha sübut etdi ki,xalqımızın tək güclü və xalqına,millətinə bağlı lideri var. Artıq 2 ildir ki,gözəl Şuşamız işğaldan azaddır və bu 2 il ərzində Gövhər Ağa məscidi,Vaqif türbəsi,Bülbülün evi və bunun kimi bir çox yerlər,abidələr yenidən qurulub abadlıq işləri aparılmışdır.
8 noyabr 2022-ci il tarixdə cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmiş və hərbçilər qarşısında çıxış etmişdir. Prezident İlham Əliyevin təşkil olunan tədbirdə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə iştirakı Azərbaycanın 2020-ci ilin 27 sentyabr tarixində möhtəşəm Zəfər yürüşünün davam etməsinin bir göstəricisi olmuşdur.
Alınmaz qala sayılan Şuşanı iki il əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.Bu şanlı tarix bizimlə əbədi olacaq.Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq,yarımçıq olacaqdı.Vətən müharibəsində insanlarımızın həmrəy,çox əzmkar olduqlarını qeyd edən Prezident İlham Əliyev Azərbaycan Ordusunda bir nəfər də olsa fərari olmadığını qeyd etmişdir. Bu,xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.
Xalqımızın igiz oğulları 44 gün ərzində Cəbrayıl,Hadrut,Füzuli,Zəngilan,Qubadlı və Suqovuşanı, 300-ə yaxın kəndi,Laçının və Kəlbəcərin bir hissəsini qanlı döyüşlərdə azad edərək 2020-ci il noyabr ayının 8-də Şuşaya yaxınlaşdılar.Ondan sonra əlbəyaxa döyüşlərdə düşməni məğlub edib,torpağımızdan qovub,üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar.
Azərbaycan xalqı,gələcək nəsillər bu şanlı Qələbə ilə hər zaman fəxr edəcəklər.