2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də YAP Suraxanı rayon təşkilatında seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, təşviqat qrupunun üzvləri Arif Babayev, şəhid atası Mürvət Əsgərov çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizin qazandığı misilsiz uğurlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı Zəfər zirvəsinə yüksəltdiyini deyən natiqlər seçiciləri prezident seçkilərində fəallıq göstərməyə çağırıblar.
Qeyd edək ki, həmin gün Yeni Suraxanı və Hövsan qəsəbəsində yaşayan seçicilərlə də fərdi görüşlər keçirilib.