Vəfa Bağırova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu172 nömrəli tam orta məktəbin direktoru
Siyasi partiyaların mövcudluğu istənilən ölkədə demokratiyanın inkişafı üçün çox vacibdir. Siyasi partiyaların köməkliyi ilə vətəndaşlar dövlətin idarə edilməsində yaxından iştirak edirlər. Ən yaxşı siyasi partiya uzun müddət ərzində daimi və yüksələn xətlə inkişaf etmək qabiliyyətinə malik olandır. Siyasi partiyalar cəmiyyət və dövlət arasında əlaqələndirici rol oynayır və vətəndaşların dövlətin idarə edilməsində siyasi fəallığını artırır. Bu baxımdan Azərbaycanda mövcud olan siyasi partiyalar içərisində bu işi ən mükəmməl şəkildə həyata keçirən partiya – Yeni Azərbaycan Partiyasıdır.
Yeni Azərbaycan Partiyasının təməli 1992-ci il noyabr ayının 21-də, Naxçıvanda Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqımızın həyatında mühüm rol oynayan, öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası ümummilli liderimizin rəhbərliyi altında xalqı öz ətrafında birləşdirdi. Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu əsas məqsəd dövlət müstəqilliyimizi möhkəmləndirmək, milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğu, sivilizasiyalı, demokratik, hüquqi dövlət yaradılmasına nail olmaq idi. O vaxtdan keçən 30 il ərzində Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında xalqımız çox böyük uğurlar və nailiyyətlər əldə etdi. Xalqımızın tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ilə yeni bir dövrün başlanğıcı qoyuldu.
Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər ölkədə siyasi sabitliyin qorunmasında və Azərbaycanın yüksələn xətlə inkişafında rolu əvəzedilməzdir. İnanıram ki, 30 il ərzində qarşısına qoyduğu məqsədə doğru inamla addımlayan Yeni Azərbaycan Partiyası Azərbaycanı hər zaman zirvələrdə saxlayacaqdır. Bunu 30 il ərzində ölkəmizdə siyasi sabitliyin bərpa edilməsi, dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi ilə bərabər dövlət idarəçiliyinin hər sahəsində islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatına keçid fonunda iqtisadiyyatın sabitləşdirilməsi, onun dünya iqtisadiyyatına bağlanılması, xarici investisiyaların, qabaqcıl elmi-texniki texnologiyaların, təhsil və mədəniyyət sahəsində yeniliklərin baş verməsi məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi altında neft strategiyasını uğurla həyata keçirərək neft amilinin ölkəmizin inkişafında və müstəqilliyimizin təmin edilməsindəki rolunun əvəzsiz olduğunu müəyyən etmişdir. Belə ki, bu strategiya neft sənayesində köklü islahatların aparılmasına, güclü infrastruktur yaradılmasına, neft sənayesinə müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsinə gətirib çıxardı.
Bu gün Ulu Öndərimizin layiqli davamçısı olan İlham Əliyev cənabları istər daxili, istərsə də xarici siyasət sahəsində böyük uğurlar əldə edir. 44 günlük vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində işğala məruz qalan Qarabağ torpaqları azad edildi. “Qarağ Azərbaycandır” – şüarı dilimizin əzbəri oldu.
Mən, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunarkən tələbə idim. Partiyaya sıralarına qəbul olunmağı çox böyük həvəslə və həyəcanla gözləyirdim. Yeni Azərbaycan Partiyasını qurucusu olan Heydər Əliyevin bu dövlətə, millətə necə fədakarlıqla yanaşdığının canlı şahidi idim. Bilirdim ki, onun yaratdığı partiya Azərbaycanı işıqlı gələcəyə doğru aparacaq. Yarandığı gündən Yeni Azərbaycan Partiyası vətəndaş cəmiyyətinin qurulması və bu cəmiyyətin inkişaf etdirilməsi üçün əlindən gələni edir. 30 illik tarixə malik olan Yeni Azərbaycan Partiyasına bu gün Azərbaycanda rəqib ola biləcək heç bir siyasi partiya yoxdur. Çünki bu partiya - xalqın partiyasıdır.
Yeni Azərbaycan Partiyası – 30 illik yubileyin mübarək!