Yeni Azərbaycan Partiyası- yeniliklərin partiyasıdır

Yeni Azərbaycan Partiyası- yeniliklərin partiyasıdır

Əminə Əliyeva

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu 84 nömrəli məktəbin müəllimi

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən cəmiyyətdə aparıcı siyasi qüvvəyə çevrilmişdir. Partiyanın 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayı bir  daha sübut etdi ki, ölkənin siyasi həyatının formalaşmasında, inkişafında partiyanın rolu əvəzsizdir.

VII qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev proqram xarekterli geniş çıxış etdi. Prezident xatırlatma edərək bildirdi ki, VI qurultaydan artıq üç il ötür. Bu üç ildə ölkə həyatında baş verən yeniliklərdən hesabat xarakterli nitq söyləydi və ictimaiyyətin diqqətinə müxtəlif məsələləri çatdırdı. Onların arasında ən önəmli məsələ ötən üç il ərzində Azərbaycanın öz tarixi missiyasını yerinə yetirərək, ərazi bütövlüyünü bərpa etdi və Vətən müharibəsində böyük Qələbə qazandı. Beləliklə də, xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi, düşmənə  sarsıdıcı zərbə vuraraq tarixi ədaləti bərpa etdi. İlham Əliyevin söylədiyi kimi “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir!”

Məhz, İkinci Qarabağ müharibəsinin nəticələri, ölkəmiz üçün yeniliklərə yol açaraq, bölgədə yeni əməkdaşlıq imkanları yaratdı. Son zamanlar Azərbaycanın siyasəti ilə bağlı dünyada gedən düzgün təhlil və qiymətləndirmələr, ölkəmizin fəaliyyətilə bağlı verilən yüksək dəyər  reallığı tam əks etdirir. Ölkəmizdə aparılan uğurlu enerji, nəqliyyat siyasəti yeni dəhlizlərin yaranmasına, həmçinin bölgədə və eləcədə Avrasiya məkanında yeni əməkdaşlıqların yaranmasına gətirib çıxardı.

Son prezident və parlament seçkilərindən sonra Prezident İlham Əliyev qarşıya yeni hədəflər qoymuşdur və bu vəzifələr, islahatlar uğurla yerinə yetirilir. Prezidentin çıxışında deyildiyi kimi, siyasi, iqtisadi, sosial sahələrdə, eləcə də, xoşagəlməz hallara qarşı açıq hədəflər qoymuşuq və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq.

Həmçinin qeyd etməliyik ki, qurultayda partiyanın siyasi həyatında yenilik baş verdi. Bu yenilik ondan ibarət idi ki, 6 siyasi partiya YAP-a qoşuldu. Dövlət və milli maraqlar naminə bu partiyaların YAP-a qoşulması partiyanın içində daha effektiv nəticələrə gətirib çıxaracaq. Belə bir qərarın alınması partiyaya olan inamı ehtiva edir. Prezident bu qərarı əlamətdar hadisə kimi qiymət verərək: “Partiyamızın həm məramı, həm proqramı, həm də fəaliyyəti dost partiyalar üçün də cəlbedicidirvə əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyasında birləşməsi partiyamızı gücləndirəcək”.

Beləliklə, VII qurultay və  qəbul edilən qərarlar yeniliklərə cığır açaraq, həm partiyanın, həm də ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edəcəkdir!